Yuxarı

Arutyunyan Avropanı necə gəzə bilir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arutyunyan Avropanı necə gəzə bilir?

Fransa beynəlxalq hüququn ərazi bütövlüyünə riayət edilməsi və dövlətlərin daxili işlərinə qarışmaması ilə bağlı prinsiplərini kobud şəkildə pozur. Separatçıların lideri Araik Arutyunyan Fransa Senatında olub. Bu Senat “artsax”ı tanıyan və Azərbaycanı ayrı-seçkilik etməkdə pisləyən biabırçı qətnamələr hazırlayıb. Bir çox ölkənin utancverici hesab etdiyi şeyi fransız parlamentariləri şərəf sayırlar.

Axar.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Arutyunyan və Ko fürsətdən istifadə edərək, Parisin özünün beynəlxalq öhdəliklərinə zidd olan təxribatçı bəyanatlar verməkdə davam edir. Fransa separatçı ünsür üçün geniş media platforması təqdim edərək, ona özünü reklam etmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin yenidən cızılması və etnik uyğunsuzluqla bağlı ideyaların təbliği üçün imkan yaradır. Parisdə olarkən o, Almaniyanın ictimai televiziya kanalı ZDF-ə müsahibə verib və burada öz sərsəm fikirlərini bildirib. Müharibə cinayətlərində təqsirli olan şəxs Avropanı necə gəzə bilər və nifrət, etnik dözümsüzlük, beynəlxalq səviyyədə tanınmış sənədlərə yenidən baxılmasını təşviq edən müsahibələr yaya bilər? Fransa səfirliyinə gəlincə, mən onların yerində olsaydım, Azərbaycan XİN-ə yaxın bir yerə köçərdim. Bu ölkənin Azərbaycandakı səfirləri və müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə o qədər tez-tez çağırılır və nota alırlar ki, sanki işləmək üçün ora gedirlər. Şəhərin tıxacını və hərəkətdə çətinlikləri nəzərə alsaq, XİN binasının yanında işləmələri daha yaxşı olardı. Üstəlik, görünür, yaxın gələcəkdə Fransa siyasətçiləri ölkələrinə görə tez-tez qızarıb, pis vəziyyətə düşəcəklər.

Yeri gəlmişkən, Almaniya XİN-ə də xatırlatmaq yaxşı olardı ki, terrorçu və cinayətkarlarla müsahibələr bu ölkənin aparıcı kanallarını rəngləndirmir”, - o bildirib.

Tarix
2022.12.08 / 08:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla