Yuxarı

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşdü - Foto

Noyabrın 4-də Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Müdafiə naziri cənab İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər evrir ki, protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir.

"Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur", - Qazaxıstanın Müdafiə naziri bildirib.

"Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər", - Azərbaycanın Müdafiə naziri vurğulayıb.

"Fürsətdən istifadə edib Sizi gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan "KADEKS-2016" Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edirəm. Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir", - İ.Tasmaqambetov əlavə edib.

Görüşdə, ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

Səfər noyabrın 5-dək davam edəcək.

Tarix
2015.11.04 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla