Yuxarı

İrəvan böyük strateji səhv etdi - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan AB-nin növbəti missiyasını Azərbaycanla sərhəd zonasına göndərməklə çox böyük siyasi və strateji səhvə yol verdi.

Axar.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“AB ölkələrinin xarici işlər nazirləri Ermənistanda iki illik mandatla mülki missiyanın yaradılması barədə razılığa gəlib. Missiyanın vəzifəsi press-relizdə deyildiyi kimi, “sərhəd bölgələrdə etimadın artırılması” və “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaradılması”dır. Belə missiyaların prinsipial olaraq mövcud olma hüququ üçün ilk növbədə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır. Bu missiyanın nəyi müşahidə edəcəyi bəlli deyil, çünki Azərbaycan-Ermənistan sərhədinin dəqiq xətti mövcud deyil. Sadəcə boz sahə var. İlk növbədə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası aparılmalıdır. Bundan sonra bu missiya üçün hansısa başa düşülən mandat haqqında danışmaq olar”, - o bildirib.

Korotçenko qeyd edib ki, bu, diplomatik pərdə altında peşəkar kəşfiyyatçıların missiyası olacaq:

“Onun regionda olması nə Ermənistana, nə də Azərbaycanla münasibətlərinə xeyir verəcək. İstənilən halda AB-ni Cənubi Qafqazın işlərinə cəlb etmək Rusiyanın da daxil olduğu region ölkələrinin heç birinin milli maraqlarına cavab vermir. Əgər Ermənistan başqa cür düşünürsə, çox böyük siyasi və strateji səhvə yol verir. Digər məsələ, Avropa missiyasının meydana çıxması Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin işinə təsir etməyəcək. Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar heç bir başqa missiya ilə əvəz edilə bilməz, çünki bu, AB və Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi olardı. İrəvan hansısa Avropa kontingentini ora sürükləməyə çalışsa, Moskva qəti şəkildə bunun əleyhinə olacaq və Bakı da onunla eyni siyasi mövqedən çıxış edəcək”.

Tarix
2023.01.24 / 14:50
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla