Yuxarı

Ordumuz düşmənə cavab zərbəsi endirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz düşmənə cavab zərbəsi endirdi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.

Tarix
2015.11.10 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla