Yuxarı

İrana son xəbərdarlıq: Milli proses başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana son xəbərdarlıq: Milli proses başladı

Bu etiraz hadisələriİranda azərbaycanlılara qarşı artıq mütəmadi hal almış təhqirlərə reaksiyadır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib. Onun sözlərinə görə, Azərbaycan türklərinin etiraz aksiyası İrandakı hakimiyyətə xəbərdarlıq anlamı daşıyır:

"Azərbaycan türklərinin bu ölkənin həm ictimai-siyasi, həm mədəni həyatında çox böyük rol oynamağına baxmayaraq, bu təhqirlər dayanmır. Yəni oradakı fars şovinizmi Azərbaycan türklərinin milli çoxluğa çevrildiyini görərək, daima çalışır ki, bu xalqı təhqir etsin. Bu gün faktiki olaraq azərbaycanlılar İranda milli çoxluqdur. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də etiraf elədi ki, əhalinin 40%-i türk dilində danışır. Bu, fars şovinistlərini qıcıqlandırır və onlar çalışırlar ki, Azərbaycan türklərini alçaltsınlar. Cənubi Azərbaycandakı aksiyalar həmin addımlara reaksiya idi. Mənə elə gəlir ki, bu hadisələr ciddi bir xəbərdarlıqdı. İranda bu şeylərin qarşısı alınmazsa və azərbaycanlıların milli-mədəni hüquqları təmin olunmazsa, bu proses ciddi bir hərəkata çevirilmək imkanına sahibdir. Nəticədə İran nəinki parçalana, hətta darmadağın edilə bilər. Azərbaycan türklərinin təhqir olunmasının arxasında fars dövlətinin müxtəlif institutları dayanıb. Ya İran dövləti bunun qarşısını alacaq, ya da ki proses dərinləşə-dərinləşə gedəcək. Məncə, Cənubi Azərbaycan əhalisi heç kimin əlində alət deyil. İran dövlətinin milli ayrı-seçkiliyi artıq ona qarşı adekvat reaksiyalar doğurub. Başlıca səbəb budur. İran qapalı dövlətdir və orada hansısa başqa dövlətin iş görməsi mümkünsüzdür. Başqa məqam isə bu hərəkata beynəlxalq dəstəyin verilib-verilməməsidir. Heç kim İranın parçalanmasında maraqlı deyil. Hər kəs bilir ki, başqa dövlətdəki milli-azadlıq hərəkatını dəstəkləmək o ölkəni parçalamaq deməkdir".

Qeyd edək ki, İranda azərbaycanlıların "Kanal-2" telekanalında təhqir olunmasına qarşılıq olaraq, kütləvi etiraz aksiyaları keçirilir. Artıq etirazlar Təbriz də daxil olmaqla İranın şimalındakı bir neçə böyük şəhərə yayılıb.

Tarix
2015.11.11 / 09:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla