Çeçen müharibəsi Şimalın Cənub qarşısında sonuncu
biabırçı məğlubiyyəti oldu. Bundan sonra cənubdakı islam
qruplaşmaları Avropaya irəliləyəcək. Bu, Avropa üçün bəla
olacaq.
Axar.az Paris teraktının aktuallığını nəzərə alaraq, 15 il öncə
rusiyalı ekspert Sergey Peresleqinin o zamanlar çox da məşhur
olmayan "Profi" jurnalında çap olunmuş proqnozlarını yenidən
yayımlayır. Peresleqin hazırda mübarizənin Cənubla (müsəlman
ölkələri nəzərdə tutulur – red.) Şimal (Qərb, Rusiya və sairə)
arasında getdiyini bildirir:
"Strategiya Küveyt böhranında olduğu kimi müdafiədən hücuma
doğru dəyişir. Hərbi fəaliyyətlər avropalı düşmənlərin ərazisinə
keçirilir. Bununla tərəflər arasında maksimal insan itkisinə yol
açılacaq. Çox güman ki, bu, dinc vətəndaşlar arasında kütləvi
itkilərə səbəb olacaq. Situasiyanın inkişafından asılı olaraq,
düşmənin nəqliyyat və informasiya kommunikasiyaları tədricən
sıradan çıxarılmalıdır. Bu döyüşçülərin dərhal mənəvi-psixoloji
vəziyyətinin aşağı düşməsinə şərait yaradacaq, sosial və siyasi
böhran Qərbi bürüyəcək. Qərb istənilən vasitə ilə sülhə nail olmaq
üçün vəziyyətdən çıxış yolu axtaracaq. Vəziyyətin əlverişliyi
şəraitində Şimalın texnogen sivilizasiyasının tam dağılması üçün
əməliyyatın inkişaf etdirilməsinə baxılacaq. Bu tələblər "terror
hücumlarının zənginləşdirilməsi" konsepsiyasını təsdiqləyir. Avropa
ərazisində düşmənə qarşı terror aktlarını təşkil edən təşkilatların
əməliyyatlarının əsas məqsədi dinc əhalinin məhvinə yönəldilib.
Əgər arzu edilsə, Şimal güc "çətiri" ilə vacib hərbi və istehsalat
obyektlərini qoruya, ölkənin siyasi və hərbi rəhbərliklərini
mühafizə ilə təmin edə bilər. Lakin nə ordu, nə xüsusi
təyinatlılar, nə də Federal Təhlükəsizlik Xidməti bütün uşaq
bağçalarını, xəstəxanaları və doğum evlərinin hamısını qoruya
bilməyəcək.
Müdafiə olunmayan hədəflərə qarşı fəaliyyət aparan ucuz terror
qruplarının hazırlığı minimal ola bilər. Cənubun düşüncə tipi
nöqteyi-nəzərincə, qadın və uşaqları öldürən bu qruplar (qruplar
həm də qadın və uşaqların özlərindən təşkil edilə bilər) bahalı
deyillər və kifayət qədər effekt yarada bilirlər. Bundan başqa
həmin qruplar təkcə öldürəndə yox, həm də öləndə kifayət qədər
effektiv olurlar. Terror qruplarının kütləvi fəaliyyəti əgər
koordinasiya olunmayıbsa, o, panikaya səbəb olur. Öncədən hücumlara
məruz qalan Avropa ölkələrinin reaksiyalarının nə olacağını
söyləmək çətindir. Lakin əminliklə demək olar ki, bu cür reaksiya
adekvat olmayacaq və vəziyyətin daha da çətinləşməsinə gətirib
çıxaracaq. Məsələn, sərhədlərə nəzarətin qəfildən gücləndirilməsi
prosesi ola bilər, amma unutmaq lazım deyil ki, düşmənin ərazisinə
diversiya qruplarını böhran yaranmamışdan əvvəl atırlar. Bu isə heç
bir nəticə verməyəcək. Axır-əvvəl həyəcan öz aramızda "cadugər
ovu"nun başlanmasına səbəb olacaq.
Ordu və polisin bu teraktlar və onların nəticələrinin qarşısını
alınması cəhdləri, qartopu kimi artan problemlərin hökumət,
parlament və BMT səviyyəsində müzakirəsinə cəhd edilməsi bütün
nəqliyyat və informasiya şəbəkələrini məhv edəcək. Avropa
ərazilərinə terrorçu dəstələrin fəaliyyətini imitasiya edən
silahsız adamların göndərilməsi Şimalın görünə bilməyən demokratik
idealları düşüncəsi üçün əlavə problemlər yaradacaq. Bu cür
silahsız qrupların məhv edilməsi Avropa etikası cəhətdən
yolverilməz bir şeydir. Üstəlik, bu, Cənubun mənəvi olaraq qələbə
qazanması anlamına gəlir. Bu qrupların ləğv edilməsi mümkün
görünmür. Onlar heç nə olmadan belə hüquq mühafizə orqanları üçün
vəziyyəti ağırlaşdırırlar.
Yuxarıdakı tədbirlər Şimal ölkələrində siyasi xaosa səbəb olacaq
və onların aktiv mübarizə imkanlarını tam məhv edəcək. Cənub
tərəfindən tam qələbə yalnız bioloji silahın tətbiqindən sonra baş
tutacaq. Avropa nəqliyyat şəbəkəsinin yüksək bağlılığı Şimalı
bakterioloji silahlardan istifadə edərək hücum edilməsi üçün mühüm
məntəqəyə çevirir. Praktiki olaraq, böyük beynəlxalq aeroportlarda
müəyyən infeksiyalara yoluxmuş kamikadzelərin qarşısını almaq
mümkün deyil. Xəstəliyin yayılması sülh dövründə başladılacaq.
Ciddi və çətin müalicə olunan xəstəliklərə yoluxanların sayı
bioloji hücumların ikinci həftəsində on mini keçəcək. Bu, hazırkı
Avropada istənilən hökumətin devrilməsi üçün yetərli olacaq. O
zaman müharibənin üçüncü mərhələsi başlayacaq. Həmin dövrdə isə
qəflətən xüsusi hazırlanmış və bahalı olan döyüşçülər tərəfindən
xüsusi olaraq aerodromlara, dispetçer mərkəzlərinə, nəqliyyat
mərkəzlərinə, atom elektrik stansiyalarına hücumlar təşkil
ediləcək. Elit qruplardan istifadə edilməsi qələbəyə doğru şansları
artıracaq. Ona görə ki, bu ana qədər Avropa ordularının imkanları
minimuma endirilmiş olacaq. Hava hökmranlığının itirilməsi müasir
Avropa orduları üçün tam məğlubiyyətə gətirib çıxaracaq. Şimalın
bütün gücünə baxmayaraq, onu müdafiəyə keçməyə məcbur edən
strategiya da var".