Yuxarı

İsrail İrana ağır zərbə endirəcəkmi? – Ərdəbilli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İrana ağır zərbə endirəcəkmi? – Ərdəbilli

20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlıq doğuran məqamları artır. Lakin bunun Tehran hökumətinə qarşı ciddi və böyük miqyasda əməliyyata nə zaman çevriləcəyini demək çətindir.

Bu sözləri Axar.az-a tanınmış güneyli jurnalist və siyasi ekspert Əlirza Ərdəbilli İsrailin İranla bağlı bütün variantların nəzərdən keçirildiyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

O bildirib ki, İsrail və ABŞ rəsmilərinin səsləndirdiyi fikirlər İrana qarşı atılacaq konkret addımlardan daha çox, mesaj xarakterlidir:

“Neçə illərdir söz-söhbət gəzir ki, Amerika İrana hücum edəcək. Amerikalı jurnalist Seymur Herşin bununla bağlı hələ illər əvvəl ifşaeidci məqaləsi vardı. Amerikanın, İsrailin tezliklə İrana hücum edəcəklərini digər jurnalistlər də yazırdılar. Belə söz-söhbət çoxdur. Demək olmaz ki, heç nə irəli getmir. Lakin bəlli nöqtəyə yetişəcək səviyyədə deyil”.

O, İsrailin İran ərazisində hər hansı əməliyyat həyata keçirməsinin gözlənilmədiyini bildirsə də, Suriyadakı hücumlara diqqət çəkib:

“İsrail Suriyada İranın mövqelərini təzəlikcə vurdu. Dəhşətli hücum oldu, inanılmaz zərbələr endirildi. Gözlədiyimiz pik nöqtə ilə bağlı isə irəliləyişlər yoxdur. Məsələn, F-16-larla, dronlarla İsrail İranın nüvə obyektlərinə, sənayesinə zərbə endirəcək, ya yox, bununla bağlı heç kim heç nə deyə bilməz. Məlumatlar da qəsdən sızdırılır. Məqsəd isə həqiqətən zərbələr endirmək deyil, İran rejiminə mesajdır ki, əl-ayağını yığışdırsın. Təzyiq altında saxlamaq istəyirlər”.

Tarix
2023.03.11 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla