Yuxarı

Ermənidən rus kanalında çağırış: İstanbulu işğal edək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənidən rus kanalında çağırış: İstanbulu işğal edək - Video

Rusiyanın məşhur aparıcısı Vladimir Solovyovun verilişində növbəti cəfəng iddia səsləndirilib.

Axar.az xəbər verir ki, bu dəfə verilişin qonağı olan erməni əsilli ekspert Semyon Baqdasarov Türkiyəyə qarşı çağırış edib.

O bildirib ki, hazırda Türkiyə zəlzələ səbəbindən çətin vəziyyətdədir və gəlin, bundan istifadə edək:

“Onu Orta Asiyadan çıxaraq, Ukraynaya müdaxiləsinə son qoyaq, Cənubi Qafqazdan qovaq və Türkiyəyə bəlli qüvvələr yeridərək, tarixən bizə məxsus olan ərazini – İstanbulu (Konstantinopolu) qaytaraq. Müqəddəs Aya Sofyanın üzərində xaçkar qoyaq”.

Baqdasarov “fikrini” belə əsaslandırıb ki, onlar (türklər) Rusiyanın cənubunun və Sibirin özlərinə aid olduğunu bildirirlərsə, biz niyə İstanbula iddia etməməliyik?

Solovyovun qol-qanad verdiyi erməni Baqdasarov bir az da irəli gedərək, “türok”larla “türklərin” eyni olmadığını da bildirib:

“Türklərlə yakutlar, qırğızlar, qazaxlar arasında ümumi heç nə yoxdur”.

Qeyd edək ki, Baqdasarovun səs tonundan istifadəsi və ifadə tərzi Solovyovun ondan növbəti Jirinovski düzəltmək istədiyinə şübhə yeri qoymur. Onun sanki kadra düşməyən Solovyovun şovinist çubuğu ilə idarə olunduğu təəssüratı da yaranır.

Video sosial şəbəkələrin Türkiyə seqmentində də yayılıb.

Tarix
2023.03.18 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla