Yuxarı

Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluqdan Axar.az-a bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə məlum zəlzələ zamanı həyatını itirən şəxslərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Bundan sonra, Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, qüdrətli Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə xüsusi vurğulanmaqla, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb, hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda Novruz tonqalları alovlandırılıb.

Tarix
2023.03.18 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülh müqaviləsi mütləq olacaq - Paşinyan

Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradıldı

Təcili: Qarabağdakı qanunsuz erməni postu yandı - Video

Erməni hərbçi sərhəddə məhv edilib? - MN-dən açıqlama

İran Naxçıvan sərhədinə hərbi texnika yeridir - Fotofakt

Ermənilər səfirliyimizin qarşısında aksiya keçirdi - Video

Ordumuzun iki rus əsgəri “yaralaması...” – Ermənilər ifşa oldu

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

SEPAH-ın Bakıya yeni hədəsində sensasion detal – Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla