Yuxarı

Generalların məxfi iclası: Bu, SEPAH-ı çökdürür!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

Əvvəli BURADA

General-mayor İsmayıl Qaani:

- Ağaların söhbətlərini eşidəndə Əlinin doğrudan da tək olduğunu hiss etdim.

Cənablar, uzun müddətdir ki, canımızı və malımızı hökumət və rəhbərimizin (Xamenei – red.) uğrunda qurban vermişik. Rəhmətlik İmam (Xomeyni – red.) bizə buyurmuşdu ki, Vilayəti-Fəqih və eləcə də nizamın əsaslarına güclü inanıb problemlərə və çatışmazlıqlara göz yumaq.

Səkkiz illik müharibəni geridə qoyduq. Bizim dini inancımız - İmam Zaman və onun naibinə (Vəliye Fəqih – Xamenei – red.) olan imanımız bizdə müqəddəs hökumətin dünya zalımlərı ilə və ABŞ və tanıdığınız bunun kimi zorakı dövlətlərlə mübarizədən ibarət olan məqsədinə çatmaqda şübhə yaranmasına icazə verməməlidir.

Siz hamınız bilirsiz ki, bir çox problemlər və çatışmazlıqların əsas səbəbi ABŞ-ın sanksyaları və bizimlə düşmənçiliyidir. Qüds qüvvələri bu illər ərzində müxtəlif ölkələrdə müttəfiqlər yetişdirə bilib. Bu müttəfiqlərin İran idelogiyasına zərrə qədər inamları olmayıb və olmayacaq. Amma buna baxmayaraq, biz onları təşkilatlandıraraq, sistemin yaxın və uzunmüddətli hədəfləri üçün istifadə etməyi bacardıq.

Mən düşünmürəm ki, silahlı qüvvələrdəki tənbəllik və bacarıqsızlığın səbəbi inamsızlıq və dolanışıqsızlıq məsələsidir. Mən bunun səbəbini komandirlərin bacarıqsızlığında görürəm. Komandir tabeliyində olan qüvvəyə rəhbərlik etməlidir. Çatışmazlıqları həll edərək ümid yaratmaldlr; hökumətə inam birinci olmalıdır.

Siz gördünüz ki, İŞİD-ə qarşı mübarizədə gənclər bizimlə bərabər necə döyüşdü və Kobani döyüşündə kürdlərin, iraqlıların və suriyalıların namuslarını qorudu. Biz potensial gücə malikik və böhranı həll edə bilərik və xatırladım ki, biz müharibənin öhdəsindən gəldik; üsyanı yatırtmaq isə daha sadədir.

Qüds qüvvələrinin baxışından, düşüncəsindən asılı olmayaraq, hər kəs torpağımızın təhlükəsizliyi çərçivəsində yaşaya bilər, yalnız etiraz etmək qırmızı cizgidir və rəhbəri təhqir etmək bağışlanmazdır. Eynilə şəhidimiz Qasım Süleymaninin öncəki illərdə etdiyi kimi: o yerə qədər ki, məsələ təhdiddən ibarət idi, susdu, ancaq təhdiddən rəhbəri təhqir etməyə gəlib çıxanda və böhrana doğru hərəkət edəndə özü birbaşa məsələni həll etmək üçün hərəkətə keçdi.

General Hidayətullah Əmiri:

- Həzrətağa, keçən həftə sizin əyalətdəki nümayəndəniz Hacağa İbadizadə ilə çoxlu zənglərdən sonra görüşdüm. O, iclasda bildirdi ki, küçələrdə hakimiyyətə qarşı etiraz edənlər ya düşmənin agentləridir, ya da özləri hakimiyyətə düşməndirlər. Açığı, bu məsələ məni məyus etdi və hörmətli nümayəndənizə də dedim. Əgər sizin rəhbərliyə göndərdiyiniz izahat və hesabatlar da belədirsə, onda bütün əyalətdəkilər düşmən hesab olunur. Allah bu insanların fəryadına çatsın. Bunun cavabını Sirat körpüsündə necə verəcəksiniz?

Əziz qardaşım, biz müharibəni də gördük; vallah, hamı könüllü olaraq vətənin şərəfini qoruyurdu. Sərdar Əştəri də iclasdadır, onun tabeliyində olan qüvvələr məsələlərdə düzgün hərəkət etsəydi, indi ölkənin vəziyyəti belə olmazdı. Bəlkə də yenə də belə olardı, başqa bir məsələ peyda olub etirazları alovlandırardı və bunu həll etmək də olmazdı.

Biz ki problemləri sanksiyanın və ya dövlət məmurlarının üzərinə atırıq, bunu belə olduğunu da tam olaraq bilmirik. Sübutumuz da yoxdur. Lakin əlli beş dərəcə istinin altında çalışan millətə “əks-inqilab” deyilməməlidir. Bu insanların özlərinə məxsus heç nələri yoxdur.

Nəsə, Hacağanın təbiri əsasında bunları düşmən adlandıraq. Büdcə istəyək və təmin olsun və o düşmən dediklərimizin hamısını vuraq…

Milləti bir-birinin qarşısına qoymaq olmaz. Xatırladım ki, hərbi orqanlarda olanlar da bu millətdən ibarətdir. Hacağanın hərbi məsələlərdən də başı çıxmır.

Mən izah edim: bu millətə biz silah verib, təlim keçdik və forma verdik və hərbçiyə çevirdik. Bu hərbçi gecə evində formanı çıxardaraq adi millətə çevrilir və həmin bu adamın süfrəsində bərəkət yoxdur, çörəyi yoxdur və evinin, ailəsinin problemləri, küçədəki ruhi-emosional problemləri özü ilə evinə daşıyır və bu öz təsirini ailəyə göstərir. Bizim qarşımızda iç-içə bir cəmiyyət var. Bura ailənin vacib olmadığı və insanların tək yaşamaqla kifayətləndiyi Avropa deyil. Burada ailə ön plandadır. Ev ortamında hərbi qüvvənin problemləri aşkar olur və cəmiyyətin acı təsiri evdə üzə çıxır və cəmiyyətin əzab əziyyətləri, psixi problemləri, etirazları və ya Sərdar Qaani demişkən, iğtişaşları alovlandırır. Tutaq ki, bu gün həll oldu, bəs sabah necə olacaq? On ildən sonra hansı məsələlər üzə çıxacaq? Məsələ daha dərin və mürəkkəbdir. Xidmət etmək gücünə sahib olmaq gərəkir. Bəlkə millətlə dostluq etməklə, onları dinləməklə məsələlər daha yaxşı həl ola bilər…

Ardı BURADA

Tarix
2023.04.02 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto

Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı

Quterreşin müavini Azərbaycana başsağlığı verdi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla