Yuxarı

Uitkoff və Kuşner Moskvada nahara bu qədər xərclədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uitkoff və Kuşner Moskvada nahara bu qədər xərclədi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Moskvada restoranların birində nahara 25 min rubl (557 manat) xərcləyiblər.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Belə ki, Kremldəki görüşdən əvvəl Uitkoff və Kuşner Kirill Dmitriyevin müşayiəti ilə Moskvada gəzintiyə çıxıb və Qırmızı Meydan yaxınlığındakı restoranda nahar ediblər.

Menyuya əsasən, salatlar təxminən 3500 rubl, isti yeməklər 1500 ilə 7500 rubl arasında, desertlər isə təxminən 2700 rubla başa gəlib. İçkisiz naharın ümumi dəyəri ən azı 25500 rubl olub.

Ənənəyə uyğun olaraq, Uitkoff Kreml danışıqlarından əvvəl Rusiya paytaxtında gəzintiyə çıxır.

Qeyd edək ki, Amerika nümayəndə heyəti hazırda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparır.

Tarix
2025.12.02 / 23:11
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla