Yuxarı

Bakı SEPAH-dakı güneylilərdən yararlanmalıdır - Təbrizli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı SEPAH-dakı güneylilərdən yararlanmalıdır - Təbrizli

40 milyonluq Güney Azərbaycan türkü böyük qüvvədir. Onların potensialından həm Türkiyə, həm Azərbaycan Respublikası faydalana bilər. Güney azərbaycanlıların bilik və bacarıqlarından mütləq şəkildə istifadə olunmalıdır.

Bu sözləri Axar.az-a milli fəal və güneyli yazar Elyar Təbrizli deyib.

O qeyd edib ki, Azərbaycana fars molla rejiminin siyasətini bilən, düzgün analiz edən güneyli mütəxəssislər lazımdır:

“Şimali Azərbaycan illərdir Qarabağ problemi ilə məşğul olduğundan Güneydən olan mütəxəssislərin hazırlığına güc sərf edə bilməyib. Lakin zamanında analitiklər, təhlilçilər, sosioloqlar yetişdirilsəydi, indiki gərgin vəziyyətdə onların bacarıqlarından istifadə olunardı. Güney Azərbaycanın xaricdəki lobbiləri ilə sıx əməkdaşlıq və koordinasiya praktik baxımdan müsbət nəticələrə gətirib çıxarar. Azərbaycan türklərindən ibarət mütəxəssis komandası İran rejimini hərtərəfli tanıyır. Bu mənada onların üstünlükləri var. Rejimin zəif nöqtələrini bilən milli kadrlarımız terrorçu təfəkkürlü sistemin qarşısına çıxarsa, Tehran hakimiyyəti bundan ağır zərbələr ala bilər”.

O, İranın daxili siyasətini bilən güneyli kadrların yetişdirilməsi üçün indi də imkan olduğunu bildirib:

“Güney Azərbaycan türklərindən ixtisaslı mütəxəssis və siyasi kadrlar yetişdirmək üçün fürsət yaranıb. İran zəif düşüb. Ola bilsin, yaxın vaxtlarda İranda demokratik vəziyyət yaransın. İranda demokratiya olsa, Azərbaycan fürsətdən yararlana bilməyəcək. Qərb və Amerika demokratik quruluşdan yana olacaq. Belə olarsa, İranda vəziyyət bizim xeyirimizə dəyişməyə bilər. Güney Azərbaycanda yaşayan insanlar silahsız mübarizə aparır. Silahsız olsalar da, say baxımından üstündülər. SEPAH-da, orduda təmsil olunurlar. Bunları Azərbaycan Respublikası bir imkan olaraq öz xeyrinə istifadə etməlidir”.

Tarix
2023.04.11 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla