Yuxarı

Paşinyan Sentyabr döyüşlərini bəhanə edir - Markedonov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanda avropalı müşahidəçilərin yerləşdirilməsinə mənfi reaksiyası onunla bağlıdır ki, Qərb regionda Moskva amilini və rolunu görmək istəmir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Rusiya 100 nəfər avropalıdan qorxmur, onların yönəldiyi kursdan təşvişə düşür. Həm AB, həm də ABŞ Rusiyanı konkret oyunçu kimi görmür. Vaşinqton və Brüsselin bölgədə etdiyi hər şey Rusiyanı buradan sıxışdırmağa çalışmaqdır. Mənfi reaksiyaya səbəb olan da budur.

KTMT missiyasının Ermənistana göndərilməsi mümkündür. Baxmayaraq ki, bunun həm obyektiv, həm də subyektiv çətinlikləri var. Təşkilat Ermənistanın təhlükəsizliyini təmin etmək, eləcə də hərbi-texniki yardım göstərmək üçün ona missiya göndərməyə hazır olduğunu iddia edir. Ermənistan rəhbərliyi isə KTMT-nin ötən ilin sentyabr döyüşlərinə siyasi qiymət verməsini israr edərək qərarını hələ də gecikdirir.

Başqa mümkün maneə təşkilatın digər üzvlərinin mövqeyidir. KTMT Rusiyanın mülkü deyil. Bu strukturda fərqli maraqları olan müxtəlif ölkələr var. Və heç də hamı Ermənistanla Azərbaycan arasındakı münaqişəyə müdaxilə etməyə həvəsli deyil. Hər ölkənin öz çətinlikləri var. Belarusun Ukrayna istiqamətində öz problemləri, Orta Asiya respublikalarının da özünəməxsus, məsələn, Qırğızıstanla Tacikistan arasında eyni ziddiyyətləri var.

Bütövlükdə KTMT-nin mövqeyi ilə Rusiyanın mövqeyini hələ də ayırmaq lazımdır. Buna baxmayaraq, müsbət modallıq alınarsa, o zaman tərəflər hekayəni uğurlu nəticəyə çevirə biləcək. Uğur həm Ermənistanın təşkilata üzvlüyü, həm də Rusiya ilə münasibətləri baxımından önəmlidir”, - o bildirib.

Tarix
2023.04.11 / 10:39
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla