Yuxarı

Qafarovadan Volodinə: Tamamilə qəbuledilməzdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məktubda deyilir ki, ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın dinamik inkişafı, eləcə də Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəal vasitəçilik səyləri fonunda Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin müavini Oleq Matveyçevin "Rusarminfo" Rusiya-Ermənistan İnformasiya Agentliyinin efirindəki son açıqlamaları Azərbaycanda böyük narahatlıqla qarşılanıb.

Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir. Xüsusilə təəssüf doğurur ki, belə bir "rəy" Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur.

Məktubda qeyd edilir ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim Vahid Rusiya Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir.

Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Spiker ümidvar olduğunu bildirib ki, bundan sonra da birgə səylərimizlə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin ruhuna zidd olan hərəkətlərin qarşısını alacağıq.

Tarix
2023.04.21 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla