Yuxarı

General: SEPAH içində ixtilaf var, məlumat sızır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

Əvvəli BURADA

Sərdar Məhəmməd Rza Həsəni Əhəngər:

- İmam Hüseyn Universiteti ölkənin hərbi sənayedə olan yüksək səviyyəli mütəxəssislərini hazırlayan ən yaxşı universitet kimi məzunlarının işə göturülməsilə məşhurdur. Bu universitet ötən illərdə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və öz tələbələrinin əksəriyyətini maddi baxımdan təmin edə bilmişdir. Həzrət ağa, əsas məsələ budur ki, bu qüvvələr gələcəkdə ölkənin həssas və önəmli vəzifələrində işləyəcəklər və dünyanın böyük şirkətləri ilə əlaqədə olacaqlar. Bu qüvvələrin əksəriyyəti Müdafiə Nazirliyində və silahlı qüvvələrdə fəaliyyət göstərəcəklər və bunların hökumətə inancı və bağlılıqları yüksək səviyyədə olmalıdır. Lakin ölkədəki mövcud şərait belə davam eləsə, bu insanların inancında sarsılma baş verər. Bunların məişət problemləri dünya casus orqanlarına bağlı şirkətlərlə informasiya mübadiləsinə şərait yaradır. Bu şirkətlər belələrini tələyə salmağı planlaşdırıblar. Bu tip insanları ifşa etmək bir neçə cəhətdən önəmlidir. Hərbi fəaliyyətlərlə, hərbi sənayenin yüksək vəzifəli şəxsləriylə bağlı informasiyaların ötürülməsi və daxili elektron və eləcə də məxfi məlumatlarımıza yol tapmaları ölkənin qarşısında maneəçilik törətməyə və tərbiyə etdiyimiz kadrları casusluğa cəlb etməyə şərait yaradar. Son zamanlardakı terror məsələləri və məxfi sənədlərimizin ifşa olunması buna misaldır. İmam Hüseyn Universiteti bu günə qədər həssas sənayelərin kadrlarını yetişdirib və onları ölkənin bir çox həssas sahələrində işə cəlb edib. Olkədəki vəziyyət səbəb olub ki, bu universitetin tələbələri mövcud şəraitə etiraz məqsədiylə bir neçə saatlıq oturaq aksiya keçiriblər. Bu günə kimi bu aksiyalar şəxsi məqsəd daşımayıb və sırf topluma dəstək üçün həyata keçirilib. Buna görə də inanclı tələbələrə və onıarın tərbiyəsi üçün maddi xərclərə xüsusi diqqət yetirilməlidir ki, tərbiyə olunan qüvvələr gələcəkdə də sistemə xidmət etsinlər və güclü inancları ilə ölkənin idarəçiliyi üçün hazırlansınlar.

Briqada komandiri Məhəmməd Hüseyn Nejat:

- Belə zənn etmişdim ki, bugünkü iclasda ölkənin müxtəlif bölgələrindən olan möhtərəm komandirlərin səyləri nəticəsində ölkənin təhlükəsizliklə əlaqədar məsələlərində ortaq məxrəcə gələ biləcəyik. Amma indi gördüyüm ETTELAAT və təhlükəsizlik orqanlarına qarşı narazılıq və etirazdan başqa bir şey deyil. Halbuki iğtişaşçılarla qarşıdurmada əsas rol bunlarındır. Bura toplaşmış ağalar giley və şikayət yerinə müxtəlif bölgələrdəki böhranlardan çıxış yolu göstərsinlər. İclasın başlamasından təxminən 2 saat keçib və bütün dostlar sadəcə problemləri və baş verənləri izah edirlər. Eşitmədim dostlardan biri desin ki, ölkənin filan yerində sakitlik var. Bütövlükdə qüvvələrin bacarıqsızlığından danışıldı. Büdcədə çatışmazlıq var, razıyam. Lakin daxili və xarici müxaliflərin toplaşdığı əsas bölgələrin komandanlığında problem var və ya bunlar doğru-dürüst vəzifələrini yerinə yetirə bilmirlər.

Siz ölkənin təhlükəsizliyinin təmin olunmasına cavabdehsiniz. Əgər hər hansı komandan düşünürsə ki, tapşırıqların öhdəsindən gələ bilmir və ya ölkədəki vəziyyət onu da sıxır, o zaman iki cümləlik istefasını yaza bilər və ya başqa yolla öz vəzifəsini təhvil verə bilər. Unutmayaq ki, bura İslam Respublikasıdır və Qərb dünyası ilə mübarizə aparırıq və bu ölkə İmam Zamanındır və onun naibi (Xamenei) bizdən hesabat gözləyir.

Komandirin məsuliyyəti bəllidir və hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir.

Əziz qardaşlarım, indisə əsas məsələyə qayıdaq. Müxtəlif qüvvələrin itaətsizliyi və məlumatların ötürülməsi haqda Həzrət ağanın fərmanı əsasında məlumatlar əldə etmişəm. Qüvvələrimiz tənbəlləşib. Müxtəlif sahələrdən xəbərlər gəlir; düzdür, problemlər çoxdur, lakin bunu mühafizə orqanlarına tapşırmalıyıq. Hacağa Müctəbanın məsələsinə gəldikdə isə: doslarımızın bu barədə bəhs və ixtilafları var. Əslində sözügedən problemləri həll etmək üçündür. Biz tanınmış və güvənilir adamları sistemin önəmli vəzifələrinə təyin etməliyik ki, böhranlar belə şəxslərə təsir göstərə bilməsin və həmçinin məxfi məlumatların yayılmasının qarşısı bu yolla alınsın. Təhlükəsizlik məmurlarının bacarıqları və onların inanc səviyyəsindən xəbərdarıq. Açıq deyəcəm: ölkə məmurlarının yarısı hər şeyi bəhanə etməklə vəzifələrindən azad olmağa təmayül göstərirlər. Bunların tərbiyəsinə sərf olmuş xərcləri kompensasiya etmək olar, amma sərf olunan vaxtı yox!

Buna görə də maksimum dərəcədə yeniləri işə cəlb etməliyik və qüvvələrimizi inqilab inanclarına qaytarmalıyıq. Bunlar inqilabın yetirmələridirlər və yeni bir inanc yaratmaqla yenidən bu sistemi bütövləşdirmək mümkündür.

Tarix
2023.04.22 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Valentina Matviyenko Azərbaycana gələcək

Berbok Bakıda: Təfərrüat barədə heç nə deyə bilməyəcəm!

Əli Əsədov daha bir qərar imzaladı

MM-in növbəti 3 iclasının tarixi və gündəliyi açıqlandı

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İlham Əliyev bu mərkəzləri ləğv etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla