Yuxarı

İrandan Türkiyəyə qaz zərbəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Türkiyəyə qaz zərbəsi

İran Türkiyəyə satdığı gündəlik 30 milyon kubmetr qazın yarısını kəsib.

Axar.az Türkiyənin "Habertürk" qəzetinə istinadən xəbər verir ki, rəsmi Tehran bu addımını havaların soyuq keçməsi və daxildə təlabatın artmasına görə atdığını bildirib.

"İran qazı kəsməsinə səbəb kimi qışın ağır keçməsini göstərsə də, sinoptiklər Tehranda qarşıdakı 10 gün ərzində havanın günəşli olacağını bildirirlər", - qəzet qeyd edib.

Türkiyənin BOTAŞ şirkəti İranın bu qərarından sonra havaların şaxtalı keçdiyi ölkənin şərqində problem yaşanmaması üçün 15-20 günlük xüsusi proqram hazırlayıb.

Tehranın qazı kəsməsindən sonra Türkiyədə elektrikin qiyməti orta hesabla 14-15 quruşdan 20-21 quruşa qədər bahalaşıb.

Qeyd edək ki, Türkiyə İrandan il ərzində 6 milyard kubmetr qaz alır. Rəsmi Tehranla Türkiyə arasında oxşar problem ötən illər ərzində də baş verib.

Tarix
2015.12.09 / 10:23
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla