Yuxarı

Əhməd Obalı şayiələrə görə səs yazısı yaydı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhməd Obalı şayiələrə görə səs yazısı yaydı - Video

ABŞ-da yaşayan güneyli milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı vəhşicəsinə döyülməsi ətrafında yayılan şayiələrlə bağlı səs yazısı yayıb.

Axar.az xəbər verir ki, bacısı oğlu, Günaz TV-nin Azərbaycan bürosunun rəhbəri Araz Obalıya göndərdiyi səs yazısında Əhməd Obalı bəzi məqamlara toxunub.

Əhməd Obalı bildirib ki, başına gələn bəla haqda müəyyən şayiələrin yaranması və yayılmasından xəbərdardır:

“Həm də dostlarımız, bizi istəyənlər məlumat almaq istəyir. Şükür, artıq ölüm təhlükəsindən sovuşmuşam. Ancaq əlim-ayağım iflicdir, ona da (sağalmasına) ümid var.

Ciyanəti törədən adam tutulub, hətta evində mənim qanıma bələnmiş paltarları da tapılıb. Sadəcə, bəzi şayiələr yayılmasın deyə, bildirirəm: polisin istəyi budur ki, biz kimsə ilə danışmayaq, polis araşdırmasından sonra hər şey üzə çıxacaq. Şahidlər var, bu məsələnin arxasında daha kimlər ola bilər, axtarılır”.

Əhməd Obalı onun haqqında maraqlanan hər kəsə təşəkkür edib:

“Bu da keçəcək. Ancaq biz yolumuza və işimizə davam etməliyik. Yaşasın Vətənimiz! Yaşasın Vətənimizin azadlığı uğrunda can verənlərin xatirəsi! Kaş biz də onlardan biri olaydıq”.

Tarix
2023.06.03 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla