Yuxarı

Nikolun “29,8 min” yalanı: 6 min hektarı hardan “mənimsəyib”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun “29,8 min” yalanı: 6 min hektarı hardan “mənimsəyib”?

13:40

“Ermənistanın 29,8 min kvadratkilometr ərazisi…” Aylardır erməni Baş nazir Nikol Paşinyan bütün çıxışlarını bu məsələ üzərində qurur, gah Azərbaycanı ittiham edir, gah erməniləri “29,8 min kvadratkilometri qoruyaq” prinsipi üzərindən atdığı addımlara inandırmağa çalışır.

Amma diqqətdən yayınan bir məqam var: Nikolun iddia etdiyi kimi Ermənistan ərazisi doğrudanmı 29,8 min kvadratkilometrdir?

SSRİ dövrünün sənədlərində Ermənistan ərazisi 29,743 kvadratkilometr olaraq göstərilir. Bu rəqəm internetdəki açıq mənbələrdə də əksini tapıb. Paşinyanın “29,8” rəqəmi ilə real olan “29,743” rəqəmi arasında fərq təxminən 60 kv.km-dır. Bu, 6 min hektar ərazi deməkdir və kifayət qədər böyük sahədir.

Əgər söhbət yuvarlaqlaşdırmadan gedirsə, ibtidai riyazi təhsili olanlara bəllidir ki, “29,743” rəqəmi yuvarlaqlaşdırılanda “29,7” edir. Paşinyan hansı məntiqlə “yuvarlaqlaşdırıb” və “29,74” rəqəmini “29,8” edib?

Belə görünür ki, Paşinyanın bu rəqəmi hallandırması və beyinlərə yeritməyə çalışması təsadüf deyil.

Yalnız onu xatırlatmaq kifayətdir ki, Qazaxın 7 kəndinin Azərbaycandan ayrı düşməsinə səbəb o kəndlərlə Azərbaycanın əsas ərazisi arasında olan 3 min hektar sahəsini 1987-ci ildə ovaxtkı Azərbaycan KM MK-nin birinci katibi Kamran Bağırovun “qardaş Ermənistana” otlaq sahəsi kimi verməsidir. Həmin qanunsuz qərar ləğv ediləcəyi və 3 min hektar ərazi geri qaytarılacağı halda Qazaxın 7 kəndi anklavlıqdan çıxır və ərazimizə birləşir. Qazaxın 7 kəndi ilə Qazax rayonu arasında otlaq sahələrindən başqa heç bir erməni kəndi də yoxdur.

Bu prizmadan yanaşdıqda, belə aydın olur ki, Paşinyan “29,8 min kv.km-ya kadastr almaq istəyirəm” deməklə, Ermənistanın hətta mübahisəli 29,74 min kv.km ərazisini 29,8 min kv.km-a qaldırmaq üçün çalışır və müəyyən üstünlük qazanmağa uğursuz cəhd edir.

Tarix
2023.06.05 / 16:47
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla