Yuxarı

Nağıyev: "O, canından keçməyə hazır idi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nağıyev: "O, canından keçməyə hazır idi"

Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. O, Azərbaycan uğrunda canından keçməyə hazır idi.

Bu sözləri AzərTac-a müsahibəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Faiq Nağıyev söyləyib. O deyib: "Ümummilli Lider müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi nəticəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzularının həyata keçirilməsinə nail oldu. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Qərb və Şərq arasında etibarlı körpü rolunu oynamağa başladı, dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanmasında və inkişafında da rolu əvəzsizdir. Ulu Öndərin böyük diqqət və qayğısı sayəsində sovet dövründə 10 azərbaycanlı mədəniyyət və incəsənət xadimi (Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Mirzə İbrahimov, Rəşid Behbudov, Mikayıl Useynov, Niyazi Tağızadə və Tahir Salahov) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb".

Tarix
2015.12.12 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla