Yuxarı

Almaniyada azərbaycanlıya görə helikopter havaya qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada azərbaycanlıya görə helikopter havaya qaldırıldı

2026-cı il iyul ayının 8-də, saat 22:00 radələrində Bavariyanın Ergolding qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, üzünü bağlayan şəxs içəri daxil olaraq, bıçaqla kassiri hədələyib və pul tələb edib. Pulu götürdükdən sonra hadisə yerindən qaçıb.

Polis dərhal genişmiqyaslı axtarış əməliyyatına başlayıb və bu əməliyyata polis helikopteri də cəlb olunub. Gecə saatlarında 24 yaşlı şübhəli saxlanılıb. Landşut Prokurorluğunun vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və o, istintaq təcridxanasına göndərilib.

Bavariya Polisinin rəsmi məlumatında şübhəlinin vətəndaşlığı göstərilmir.

Bununla belə, Almaniyanın yerli xəbər portalı “Presse Augsburg” həmin hadisə ilə bağlı dərc etdiyi xəbərdə saxlanılan şəxsi “24 yaşlı azərbaycanlı” kimi təqdim edib.

Tarix
2026.07.12 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla