Yuxarı

Səfir: “Azərbaycan islam hərbi koalisiyasına daxil ola bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir: “Azərbaycan islam hərbi koalisiyasına daxil ola bilər”

Azərbaycan və Tacikistan Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi altında islam hərbi koalisiyasına daxil ola bilər.

APA-nın məlumatına görə, bu barədə beynəlxalq ərəbdilli qəzet olan "Aşarq əl-ausat" məlumat yayıb.

Bildirilir ki, Azərbaycanın Səudiyyə Ərəbistandakı səfəri Rasim Rzayev Azərbaycanın Səudiyyə Ərəbistanının təklifini nəzərdən keçirdiyini təsdiqləyib. "Azərbaycan Ər-Riyadın terrorizmlə mübarizədə göstərdiyi səyləri dəstəkləyir və bu, bizim ölkənin maraqlarına uyğundur. Ona görə də biz islam hərbi koalisiyasına daxil olmaq təklifini nəzərdən keçiririk", - deyə o bildirib.

Qeyd olunur ki, Tacikistan prezidenti Emomali Rahmon yanvar ayında Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salmanla görüşəcək. Görüşdə tərəflər terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı və Tacikistanın islam hərbi koalisiyasında iştirakı perspektivini müzakirə edəcəklər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dekabrın 15-də hərbi və ideoloji planda terrorizmlə mübarizə üçün islam koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Koalisiyaya 33 ölkə daxil olub. 10-dan çox müsəlman ölkəsi isə koalisiyanı dəstəklədiyini bəyan edib.

Tarix
2015.12.21 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla