Yuxarı

Xankəndidəki aksiyada Qərbin məqsədi… - Razuvayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidəki aksiyada Qərbin məqsədi… - Razuvayev

Qarabağdakı etirazlar separatçıların və sadə ermənilərin öz istəyi ilə baş verməyib. Axı onlar Qərbdən və erməni diasporundan daha çox asılıdılar. Onların əsas vəzifəsi Rusiyaya zərər vermək üçün Cənubi Qafqazda daha bir qeyri-sabitlik nöqtəsi yaratmaqdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Razuvayev deyib.

“Moskva Ermənistan-Azərbaycan münaqişəsini bitirmək istəyir. Hər şey ona doğru gedir ki, İrəvan rəsmən, kağız üzərində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. Qarabağın erməni əhalisinin iki seçimi var - ya reinteqrasiya, Azərbaycanın tərkibində firavan yaşamaq, ya da Qarabağı tərk etmək. Qarabağda ermənilərin “soyqırımı” yoxdur. Hər şey uydurmaq olar. Belə saxta xəbərlərin tarixi uzundur”, - o bildirib.

Razuvayev qeyd edib ki, separatçılar Rusiya sülhməramlılarını sadə Qarabağ erməniləri ilə qarşı-qarşıya qoymağa çalışırlar:

“Paşinyanın qərbyönlü olduğunu görürük. Amma separatçılar daim onu tənqid edirlər. İndi belə separatçı etirazların “alovlanması” ilə Qərb Paşinyana göstərmək istəyir ki, hər şey o qədər də sadə deyil, daha itaətkar davranın ki, sizə qarşı mövcud olan təhdidlər yalnız təhdid olaraq qalsın. Bu, müxalifət qrupunu yaradan Qərb üçün standart nümunədir. Qərbin vəzifəsi dəyişməz olaraq qalır - Rusiyanın diqqətini yayındırmaq, onu zəiflətmək, gərginlik ocağı yaratmaq. Qarabağ isə Rusiyanın zəiflətməyə çalışa biləcəyi strateji nöqtələrdən biridir”.

O qeyd edib ki, sadə Ermənistan əhalisi güc balansından xəbərdardır və daha yaxşı həyat haqqında düşünür:

“Buna misal olaraq Qarabağın erməni əhalisinin Laçın sərhəd-keçid məntəqəsindən keçərkən Azərbaycan sərhədçiləri ilə təmaslarını göstərmək olar. Hətta nəyinsə, yəni xırda bir şeyin belə səhv olduğuna dair heç bir “sızma” yoxdur. Hamı sakitcə bir-biri ilə ünsiyyət qurur, erməni əhalisi hətta Azərbaycan sərhədçilərinə təşəkkür edir. Bu, şəffaf, yaxşı nümunədir. Bu, onun göstəricisidir ki, sadə əhaliyə müdaxilə edilməsə, qorxudulmasa, çoxdan hər şey yoluna düşərdi”.

Tarix
2023.07.20 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla