Yuxarı

Özümüzü heç kimə borclu hesab etmirik – ANS

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özümüzü heç kimə borclu hesab etmirik – ANS

Hesab edirik ki, ümumiyyətlə, bizim heç bir borcumuz yoxdur. MTRŞ nə istəyir deyir, nə gəldi yazırlar.

Bu sözləri Axar.az-a ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov MTRŞ-nın "ANS-ə güzəşt etdik" fikrinə münasibətində deyib.

O, MTRŞ-nın bu qərarlarının teleməkan, eləcə də radioların inkişafına ziyanlı olduğunu bildirib:

"Bu cərimələr onsuz da Azərbaycan teleməkanında heç nəyi düzəldən deyil. Mən bunu xüsusi olaraq, jurnalist kimi deyirəm. Mən MTRŞ-nı başa düşə bilmirəm. Onların etdiyi televiziyanın evini yıxmaqdır".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov "Report"a açıqlamada radionun yayımının monitorinqi zamanı qeydə alınan qanun pozuntuları ilə bağlı dəfələrlə ANS ÇM-ə xəbərdarlıq olunmasına baxmayaraq, şirkətin qanun pozuntularına son qoymadığını bildirmişdi:

"Dekabrın 7-də yayımda 10-dan çox qanun pozuntusu qeydə alındı və dekabrın 8-də bununla bağlı şirkətə pozuntulara görə 5 min manat məbləğində cərimə ilə bağlı xəbərdarlıq olundu. Buna baxmayaraq, dekabrın 9-da proses təkrarlandı. Bu dəfə 7 min cərimə ilə bağlı xəbərdarlıq protokolu göndərildi. Pozuntular davam etdiyinə görə, nəhayət, üçüncü dəfə qanun pozuntusunda ANS ÇM-in cəriməsi 8 min manata yüksəldi və nəticədə şirkət 161 min manat cərimə olundu. Qanun pozuntularının hər biri nəzərə alınsaydı, o zaman şirkət daha 95 min, ümumillikdə 256 min cərimə oluna bilərdi".

Tarix
2015.12.25 / 19:03
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla