Yuxarı

Diplomatik müharibə: DTX də prosesə girdi... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı erməni separatçıların qəribə, qəribə olduğu qədər də gülünc iddiaları başlayıb. Gah humanitar yüklərin hər iki yolla – Ağdam və Laçın – daşınmasının hələ yolların açılması demək olmadığını bildirirlər, gah da “Azərbaycan istehsalı olan məhsulları qəbul etməyəcəklərini” elan edirlər. Bununla erməni icması arasında olmayan “nüfuzları”nı və aylardır apardıqları “mübarizənin” uğursuzluğunu “kompensasiya” etməyə çalışırlar.

Erməni mediası da buna dəstək verir: Laçın yolu ilə “Ermənistan istehsalı olan un məmulatlarının”, Ağdam yolu ilə isə “xarici istehsal olan tibbi və gigiyenik vasitələrin” göndərilməsindən bəhs edirlər. Bununla da Azərbaycan istehsalı məhsulların Xankəndiyə girmədiyi təsəllisinə sığınmağa cəhd edirlər.

Fakt isə budur ki, Azərbaycan yalnız Ağdam yolu ilə ilk TIR hərəkətə başlayandan sonra Laçın yolundan bir yük maşınının keçidinə icazə verdi; yükləri yalnız BQXK-i apara bilər – yəni Fransadan göndərilən yüklər sərhəddə gözləməyə davam edir;

Fakt ondan ibarətdir ki, növbəti yüklər Rostovdan gələcək və Laçın və Ağdam yolları ilə Xankəndiyə daxil olacaq – Fransadan gələn TIR-lar hələ də sərhəddə qalacaq;

Fakt ondan ibarətdir ki, Laçın yolu ilə Xankəndiyə daxil olan yüklər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, qanunvericiliyə uyğun olaraq, gömrük, sərhəd nəzarətindən keçməklə gəlir;

Fakt ondan ibarətdir ki, Ermənistan və erməni lobbisi/diasporunun aylardır apardığı “blokada”, “humanitar fəlakət” təbliğatı darmadağın edildi.

Paralel olaraq hansı proseslər gedir?

Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan hissəsindəki erməni silahlılar “Ermənistan və xaricdə ali məktəblərə qəbul olunduqları üçün” dəstə-dəstə ölkəmizdən gedirlər – yəni erməni ordusunun qalıqları təmizlənir; “iş yerləri bağlandığı üçün” Ermənistandan və Rusiyadan gələn Ermənistan və Rusiya vətəndaşları geri qayıdırlar. Ermənistana gedənlər arasında erməni separatizminin ideoloji bazasını təşkil edən keşişlər də var;

Azərbaycan aylarla davam edən misilsiz təzyiqlər qarşısında bir addım da geri çəkilmədi: “Laçın” sərhəd-keçid məntəqəsinin statusu dəyişmədi, ölkənin ərazi bütövlüyünü şübhə altına alan heç bir qərar verilmədi, humanitar yüklərin belə ölkəmizin ərazi bütövlüyü çərçivəsində qəbulu reallaşdı.

Növbəti mərhələdə Ermənistandan erməni separatizminə “büdcə ayrılmalarının” dayandırılması, Xankəndi və ətrafının qaz, işıq təminatının Azərbaycanın şəbəkəsinə bağlanmasıdır.

Hazırda erməni mediası Xankəndidəki erməni icması ilə Azərbaycan hökumətini təmsil edən şəxslərin görüşü üçün müzakirələr aparıldığını bildirirlər. Erməni politoloqlar bu müzakirələrə Azərbaycanın heç bir beynəlxalq qurumu buraxmadığı, heç bir “üçüncü tərəfin” olmayacağını vurğulayırlar. Azərbaycan öz daxilindəki prosesləri kimsənin müdaxiləsi olmadan, özü həll etməyə və inteqrasiya prosesini davam etdirməyə hazırdır.

DTX şefinin bugünkü beynəlxalq konfransda verdiyi mesajlar da dəqiqliyinə qədər hesablanıb – vaxtında, yerində və məqamında. DTX dolayısı ilə bütün təhlükəsizlik zəmanətlərini üzərinə götürür və bunu bütün dünyaya elan edir!

Əli Nağıyev ermənilərə ünvanlı müraciət edir.

Azərbaycan növbəti diplomati müharibədə qələbə qazandı.

Proses isə davam edir...

Tarix
2023.09.18 / 17:56
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Kərimov Qırğızıstanda şəhər şurasına deputat seçildi - Foto

Elman Paşayevin evindən cəmi bu qədər pul çıxdı

Deputatlarımız gələn ay İrəvana gedəcək?

İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır

Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı

İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan

Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

Paşinyan “O olmasın, bu olsun”u dinlədi - Video

Rusiya XİN-dən “3+3” platforması ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla