Yuxarı

Aronyanın təxribatçı açıqlaması kəskin şəkildə pislənildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aronyanın təxribatçı açıqlaması kəskin şəkildə pislənildi

Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir.

İcmadan Axar.az-a verilən açıqlamada bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.

Qeyd olunub ki, Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini hec vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib:

"Levon Aronyan Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırcasına Ermənistana qaçan Serj Sərkisyanın Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər".

"Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki Levon Aronyan Azərbaycan torpaqları işğal altında olarkən 2015-ci ildə Bakıda keçirilən turnirdə - özü də elə Dünya Kubokunda - iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində qələbəsi Levon Aronyanı məyus edib. Levon Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı həqiqətən də insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır", - açıqlamada vurğulanıb.

Tarix
2023.09.18 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

Milli Məclisdə beynəlxalq parlament konfransı başladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla