Yuxarı

Bu, 35 milyon azərbaycanlının qırmızı xəttidir – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın bəzi siyasi təşkilatları Azərbaycan Respublikasının Qarabağda başlatdığı antiterror tədbirlərini dəstəkləyən bəyanatla çıxış ediblər.

Axar.az xəbər verir ki, siyasi təşkilatların müraciətində dövlətimizin üç ildir davam edən uğurlu siyasəti və ordumuzun rəşadəti nəticəsində Qarabağ erməni terrorçularınən işğalından azad edilməsi vurğulanıb.

Bildirilib ki, aparılan sülh danışıqlarına rəğmən, işğalçı ermənilər və onların dəstəkçiləri öz terrorçu xislətindən əl çəkməyərək, terror və təxribatlarına davam etdilər.

“Azərbaycan dövləti beynəlxalq normalara və insan haqlarına uyğun olaraq bu üç il ərzində Qarabağda yaşayan ermənilərə humanist davranışlar göstərsə də, onlar çirkin əməllərini dayandırmadı. Terrorçuları zərərsizləşdirmək üçün Azərbaycan öz torpaqlarında və ərazisində barınan separatçı rejimin qüvvələrini təmizləmək üçün antiterror tədbirlərinə başladı. Biz, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan təşkilatlar olaraq bəyan edirik ki, hər an dövlətimizin və vətənimiz Azərbaycanın bu haqlı davasında, ordumuzun yanındayıq və dövlət başçımız sayın İlham Əliyevin uğurlu siyasətini tam dəstəkləyirik.

Son olaraq Tehrandaki antiazərbaycan qüvvələrə xəbərdarlıq edirik ki, Quzey Azərbaycan əleyhinə hansısa əmələ girişmək 35 milyon Güney Azərbaycan və İran türkünün qırmızı xəttidir və mütləq qarşılığını alacaqdır”, - bəyənatda qeyd olunub.

Qeyd edək ki, Qarabağdakı erməni terrorçular bu dəqiqələrdə təslim olduqlarını elan edib və Azərbaycanın tələblərini qəbul ediblər.

Tarix
2023.09.20 / 13:18
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla