Yuxarı

İlham Rəhimov türk mətbuatında Putindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimov türk mətbuatında Putindən yazdı

Türkiyənin "Sabah" qəzeti Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından olan, azərbaycanlı iş adamı, professor İlham Rəhimovun açıqlamasını yayıb.

Musavat.com xəbər verir ki, sözügedən yazıda İ.Rəhimov V.Putinin Rusiya-Türkiyə münasibətlərinin inkişafı üçün bütün gücünü səfərbər etdiyini bildirib.

Professor müsahibəsində bildirib ki, təyyarə böhranına görə ikitərəfli münasibətlərin pisləşməsindən dərin üzüntü keçirib: "Hörmətli Putin 15 il əvvəl, iqtidara gəldiyi gündən etibarən Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması və inkişafı üçün bütün sahələrdə ən çox güc sərf edənlərdən biri idi. Öncə rəsmi qurumlar arasındakı münasibətlərdən danışıram. V.Putinin Rusiya-Türkiyə münasibətlərinə nə qədər əhəmiyyət verdiyinə şahidəm. Ona görə də, V.Putinin Rusiya təyyarəsinin vurulmasından sonra nə qədər dərin xəyal qırıqlığı yaşadığını anlayıram".

Məqalədə qeyd edilib ki, azərbaycanlı İ.Rəhimov 1970-ci illərdə V.Putinlə birlikdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və dostluqları həmin illərdən etibarən başlayıb.

Tarix
2016.01.14 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla