Yuxarı

Azərbaycanın da təsisçisi olduğu dünya bankı işə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın da təsisçisi olduğu dünya bankı işə başladı

Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) işə başlayıb.

ANS-in məlumatına görə, yeni maliyyə təşkilatının ilk prezidenti Çinin keçmiş maliyyə nazirinin nazir müavini Szin Lisyun seçilib.

Asiya İnfrastruktur İnvestisiyaları Bankının ən böyük həmtəsisçiləri sırasında ilk beşlikdə Çin, Hindistan, Rusiya, Almaniya və Cənubi Koreya dayanır.

Yeni maliyyə təşkilatı Dünya Bankının potensial rəqibi hesab edilir. Bankın açılış mərasimində Çin Xalq Respublikasının prezidenti Si Szinpin də iştirak edib.

Bankın nizamnamə kapitalı 100 milyard dollar təşkil edir. Azərbaycanın da təsisçiləri sırasında olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Sənədi imzalayan ilk ölkə Avstraliya olub. Azərbaycan hökuməti adından isə sazişə maliyyə naziri Samir Şərifov imza atıb.

AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin irəli sürüb. Çin liderinin bu təklifi bir çox ölkələr tərəfindən dəstəklənib. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaranmasına hazırlıq barədə memorandum imzalayıb.

Bankın təsisçiləri arasında Azərbaycanla yanaşı Hindistan, Sinqapur, Vyetnam, Filipinlər, Monqolustan, Banqladeş, Bruney, Kamboca, Qazaxıstan, Rusiya, Küveyt, Laos, Malayziya, Myanma, Nepal, Oman, Pakistan, Qətər, Şri-lanka , Tailand, Özbəkistan da var. Bankın qərargahı Pekində yerləşir.

Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib ki, bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcək.

Hazırda bankla 57 ölkə əməkdəşlıq edir. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya digər Avropa dövlətlərinin bankla əməkdaşlıq etməsi ABŞ-ın etirazına səbəb olub. Adı çəkilən dövlətlər bankda 25% paya sahibdirlər.

Tarix
2016.01.16 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla