Yuxarı

Prezident: Bizimlə bundan sonra heç kim zarafat etməsin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Bizimlə bundan sonra heç kim zarafat etməsin!

XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

"Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin.

Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin", - İlham Əliyev vurğulayıb.

Tarix
2023.11.08 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla