Yuxarı

Anam krala aşiq idi, deyərdi ki... - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anam krala aşiq idi, deyərdi ki... - Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı Çarlz və Kraliça Kamilla ilə görüşdə çıxışı zamanı anasının ona aşiq olduğunu bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Tramp çıxışında Kraliça II Yelizavetanı xatırladaraq, onu daha yaxşı tanıdığı üçün şanslı olduğunu bildirib.

O, mərhum kraliçanın 1991-ci ildə Ağ Evin ərazisində əkdiyi ağaca işarə edərək deyib:

"Bu gün biz solda, bir neçə on fut aralıda əsrlər boyu davam edən bu əlaqənin canlı simvolunu görürük. Atlantik okeanının hər iki tərəfində çox xatırlanan kraliça II Yelizavetanın əkdiyi bu gözəl ağaca baxın".

Tramp həmçinin xatırladıb ki, Şotlandiyada doğulan anası Britaniya kral ailəsini və Kraliça II Yelizavetanı çox sevirdi.

"Kraliça hər dəfə bir mərasimdə və ya başqa bir şeydə iştirak etdikdə, anam gözlərini televizora zilləyərək deyərdi: "Bax, Donald. Gör nə gözəldir...'", - deyə o qeyd edib.

Tramp əlavə edib ki, anasının "gənc Çarlz çox xoşagələndir" sözlərini xatırlayır: "Anam Çarlza aşiq idi, buna inana bilərsinizmi? Görəsən, indi nə düşünür?"

Tarix
2026.04.29 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla