Yuxarı

Məşhur ticarət mərkəzi bağlanır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur ticarət mərkəzi bağlanır? - Video

Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.

Axar.az Azad Azərbaycan TV-yə istinadən xəbər verir ki, mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarının artırılması iddia olunur.

Vəziyyətdən şikayətlənən sahibkarlardan biri durğunluğu belə izah edib: "Alver çox zəifdir. Əvvəl alver olurdu, icarə pulu çıxırdı. "Temu", "Тrendyol" var deyə, artıq alver ölüb".

Digər bir sahibkar isə gəlirlərinin kəskin azaldığını vurğulayıb: "Dəhşət dərəcədə zəifdir. Gün ərzində cəmi 30-50 manatlıq alver edirik. Yerpulunu qətiyyən çıxara bilmirik. Ödəniş artmayıb, sadəcə işləyə bilmirik".

Məsələ ilə bağlı "Lotos" ticarət mərkəzinin əməkdaşı İlkin Abbasov bildirib ki, dünən mağazasını açmayan bir neçə sahibkarla artıq danışıqlar aparılıb:

"Lotos" ticarət mərkəzi üzrə altı il ərzində heç bir qiymət artımı olmayıb. Məlumat daxil olan kimi sahibkarları qəbul edib, onlarla fikir mübadiləsi aparmışıq. "Lotos" ticarət mərkəzi olaraq çalışacağıq ki, gələcəkdə də əlimizdən gələn köməyi sahibkarlara göstərək".

İlkin Abbasov həmçinin vurğulayıb ki, hazırda bütün mağazalar öz fəaliyyətlərini davam etdirirlər.

Tarix
2026.04.29 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla