Yuxarı

Mir Şahinin verilişi Prezidentin müdaxiləsi ilə açılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS TV-nin "Mir Şahinlə Hesabat" proqramının Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən müəmmalı surətdə bağlanması, bu gün isə təcili formada yenidən açılması cəmiyyətdə müəyyən suallar yaradıb.

Axar.az bu suallara aydınlıq gətirmək üçün ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin ANS-ə açıqlamasını təqdim edir.

"ANS TV-nin efirində 15 il yayımlanan, milyonlarla tamaşaçı auditoriyası qazanan "Mir Şahinlə Hesabat" həftəlik analitik-informasiya proqramının yayımının bir ay müddətində dayandırılması barədə Milli Televiziya və Radio Şurasının 22 yanvar 2016-cı il tarixli əsassız, qərəzli və qanundankənar qərarı Azərbaycanda və xaricdə geniş rezonansa səbəb oldu.

İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq həmişə azad sözə və mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verən hadisələr barədə məlumat aldıqdan və vəziyyəti dəqiqləşdirdikdən sonra lazımi qurumlara ANS TV-nin "Hesabat" proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verdi.

Dövlət başçısı həmişə olduğu kimi Azərbaycanda demokratiyanın, söz azadlığının, müstəqil mətbuatın və eyni zamanda sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan Prerzidenti növbəti dəfə vətəndaşlarının konstitusion hüquq və azadlıqlarının qarantı olduğunu isbat etdi.

Mən, ANS Şirkətlər Qrupunun kollektivi və milyonlarla tamaşaçımız, dinləyicilərimiz və oxucularımız adından Prezidentimizə tutduğu ədalətli mövqeyə görə bir daha dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!"

MTRŞ-nin ötən gün keçirilən iclasında ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində "Hesabat" analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.

Bu gün isə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, "Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrası müvəqqəti dayandırılır.

Tarix
2016.01.23 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla