Yuxarı

Millət vəkilləri Strasburqa gedir - Məruzə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilləri Strasburqa gedir - Məruzə

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyəti təşkilatın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda səfərdə olacaq.

Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinə Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.

Sessiyanın birinci günü AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Toplantıda "Dağlıq Qarabağ və Sərsəng su anbarı" və "Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir" adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək.

Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovoda vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə, Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Tarix
2016.01.23 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla