Yuxarı

Nikol Bakıdan “yeni müharibə” gözləyir - Kremldən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Bakıdan “yeni müharibə” gözləyir - Kremldən cavab

Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatları ilə tanış deyiləm.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfdən “yeni eskalasiya görməsi” haqda sözlərini şərh edərkən deyib.

Bu istiqamətdə jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, biz Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik:

“Onlar (Azərbaycan – red.) geriçəkilmə zərurətinin bir mərhələsinin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar. Ona görə də hazırda cənab Paşinyanın bəyanatlarının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclası zamanı Bakının irəli sürdüyü “Qərbi Azərbaycan konsepsiyası”na görə yeni eskalasiya təhlükəsi gördüyünü iddia edib. O, həmçinin bəyan edib ki, İrəvan məhbusları qaytarmaqdan imtina edən Bakının mövqeyini başa düşmür.

Tarix
2023.11.20 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla