Yuxarı

Azərbaycan Ordusu girsə, kim mane olacaq? - Aleksandrov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu girsə, kim mane olacaq? - Aleksandrov

Fələstin-İsrail münaqişəsinin böyük regional müharibəyə çevriləcəyini düşünmürəm, çünki döyüşlər kifayət qədər uzun müddətdir davam edir və bütün tərəflər ehtiyatlı davranır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına deyib.

O bildirib ki, İran səs-küylü bəyanatlar verir, lakin indiyədək özünü yalnız proksi qüvvələrinin kiçik “sancmaları” ilə məhdudlaşdırıb:

“Hizbullah və digər İran hərəkatlarından böyük zərbələr olmayacaq və kiçik zərbələrin mübadiləsi heç nəyə təsir etməyəcək. ABŞ isə öz növbəsində İsrailə təzyiq göstərir ki, onun fəaliyyət dairəsini məhdudlaşdırsın. Təl-Əviv artıq fələstinlilərin Qəzza zolağından qovulmalı olduğunu demir. Ən azından amerikalılar bunun baş verməyəcəyini təkid edirlər və hesab edirəm ki, belə də olacaq.

Bunun fonunda Vaşinqtonun İsrailə yardım göstərməsində guya Bayden və Respublikaçılar arasında fikir ayrılıqları üzündən problem yaranıb. Amma ABŞ prezidenti istəsəydi, tez bu qərarı verər və kömək edərdi. Bunu İsrailə hərbi yardımı ABŞ-ın müəyyən tələblərini yerinə yetirənə qədər ləngitmək siyasəti adlandırmaq olar. Münaqişənin genişlənməyəcəyinə baxmayaraq, əməliyyatın özü uzun müddət davam edəcək”.

O iddia edib ki, Azərbaycan bu məqamdan istifadə edib Ermənistana qarşı hərbi əməliyyatlara başlaya bilər:

“Bu onunla bağlıdır ki, dünya ictimaiyyətinin diqqəti hətta Ukraynadan da yayınır və Cənubi Qafqaz ümumilikdə diqqətin periferiyasındadır. Müdaxilə edə biləcək yeganə şəxs İrandır, lakin o, səs-küylü bəyanatlar verir, hərəkətə gələndə Tehran özünü bəzi simvolik jestlərlə məhdudlaşdırır.

Bunu nəzərə alsaq, Tehranın müdaxilə edəcəyini əminliklə söyləmək olmaz. Mən ümumiyyətlə Rusiyadan nə gözləndiyini bilmirəm. Rusiya Ermənistana qarşı tamamilə məsuliyyətsiz siyasət aparır”.

Tarix
2023.12.01 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla