Yuxarı

Millət vəkili: “Son söz icra başçılarınındır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Son söz icra başçılarınındır”

Rayon rəhbərləri müasir tələblərə uyğun formada, təşəbbüskar qismində və ən önəmlisi, prezidentdə dəstək formasında əhalinin indiki vəziyyətinə kömək məqsədilə addımlar atmasalar, bundan sonra prezidentin yerlərdəki nümayəndəsi statusunda çıxış edə bilməyəcəklər.

Bu barədə millət vəkili Çingiz Qənizadə Axar.az-a açıqlamasında deyib. Deputat bildirib ki, dövlət başçısının son müşavirəsindən sonra hər bir regionun icra struktur rəhbərləri başçılıq etdikləri ərazilərə investisiya qoyuluşu ilə əlaqədar hərəkətə keçməlidirlər:

"Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransı o deməkdir ki, rayon rəhbərləri hər bir regionun özünəməxsus infrastrukturuna uyğun təşəbbüskarlıq göstərməli, investisiya qoyuluşu ilə əlaqədar hərəkətə keçməlidirlər. Müəyyən yollar axtarılmalı və əlaqələr qurulmalıdır. İlk növbədə də sahibkarlara şərait yaradılmalıdır. Bunun üçün regionlarda sahibkarlara yerlər ayrılmalı və onlar işçi kütləsi ilə təmin edilməli, istehsal olunan məhsulun satılacağı yerlərlə bağlı işlər sürətləndirilməlidir. Ölkə rəhbəri əslində bildirdi ki, icra strukturları bu işdə ona yardımçı olmalıdırlar. Bu tapşırıq isə sahibkarlığın inkişafı, işsizliyin aradan qalxması, yeni iş yerlərinin açılması deməkdir. Prezidentin son çıxışı o anlama gəlir ki, bundan sonra təşəbbüskar rolunda çıxış edən və investisiya qoyuluşunda aktiv iştirak edən rayon rəhbərləri vəzifələrində qalıb işləyəcəklər. Əks təqdirdə yəqin ki, prezidentin yerlərdəki nümayəndəsi statusunda çıxış edə bilməyəcəklər. Yəni son söz icra başçılarınındır. Hesab edirəm ki, prezidentin bu addımı son dərəcə doğrudur".

Tarix
2016.01.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev BƏƏ-yə getdi - Foto

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla