Yuxarı

Amerikadan Qarabağda müharibə - Anonsu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikadan Qarabağda müharibə - Anonsu

Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət Qafqazda ən təhlükəli məqamlardan biri kimi qalır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Nəşnl İnterest" nəşri yazır.

Nəşr qeyd edir ki, münaqişə iştirakçıları arasında əsas məsələ Dağlıq Qarabağın statusu, erməni ordusunun nəzarətində olan Azərbaycan ərazilərinin qaytarılması və qaçqınların probleminin həllidir: "Lakin tərəflər bu məsələdə heç bir irəliləyiş olmadan 2016-cı ilə daxil olub".

Nəşr əlavə edir ki, Dağlıq Qarabağda müharibənin başlaması həm Rusiyanı, həm də Qərbi narahat edir.

"İran bu bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsindən ehtiyat edir, çünki yad oyunçuların bura cəlbi onu oyundan kənarda saxlaya bilər. Amma Türkiyə ilə Azərbaycanın, Rusiya ilə Ermənistanın yaxınlığı fonunda Rusiya-Türkiyə qarşıdurması Qarabağda da vəziyyətin nəzarətdən çıxması riskini artırdı. Bu, faktiki olaraq Qafqaz üçün partlayış nöqtəsinə çevrilib", - deyə məqalədə bildirilir.

"Nəşnl İnterest" bildirir ki, Qarabağda kövrək status-kvonun dəyişməsinin nəticələri Rusiya üçün qorxulu olacaq: "Birincisi bu, onu Ermənistana siyasi və hərbi dəstək verməyə məcbur edir. Halbuki, bunun baş verməsi Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Avrasiyaya inteqrasiya layihələrinin perspektivinin təhlükə altına düşməsi deməkdir. İkincisi, Moskva ilə Bakının arasındakı münasibətlər kəsilə və maraqlar toqquşa bilər. Üçüncüsü, münaqişənin həllində vasitəçilik rolunu oynayan Rusiyanın mövqeyi zəifləyəcək və onun təsir imkanlarını azaldacaq".

Nəşr Dağlıq Qarabağda müharibənin baş verməsi ehtimalını iki amilə görə irəli sürür.

"Birincisi, Rusiya və Türkiyə qarşıdurmasının dərinləşməsi, ikincisi isə sərhəd ərazilərdə şiddətli toqquşmalar. Lakin mövcud vəziyyətdə müharibədə kimin qalib gələcəyini demək çətindir. Burada daha çox münaqişənin davam edəcəyi ehtimalı görünür", - deyə nəşr vurğulayır.

Tarix
2016.01.29 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla