Yuxarı

Artıq hamı qəbul edir: Əliyev dünya lideridir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artıq hamı qəbul edir: Əliyev dünya lideridir!

Azərbaycanla bağlı “sadəcə nefti olan kiçik bir ölkə” ifadəsi tarixə qovuşdu. Bu gün Azərbaycan hamının hesablaşmalı olduğu dövlətdir. Müasir tarixdə görünməmiş haldır ki, bir dövlət müstəqil olaraq öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycanın nail olduqları unikal vəziyyətdir və İlham Əliyevin xidmətləri sayəsində əldə edilib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Azərbaycan suverenliyini bərpa etdikdən, Qarabağın qaytarılmasından sonra AB-nin müxtəlif strukturları tərəfindən əvvəllər öz ünvanına səsləndirilən əsassız tənqidlərə getdikcə daha açıq şəkildə cavab verməyə başlayıb. İndi Azərbaycan hakimiyyəti açıq şəkildə ABŞ-ı iki dəfə öz yerinə oturdub. Yəni hər şey, vəziyyət dəyişib. Azərbaycan AB və ya ABŞ-ın davranışını bəyənməsə, Ermənistanla sülh üçün təklif etdikləri sözdə vasitəçilik platformalarından imtina edəcək. Bakı əvvəl də anlayırdı ki, Qərbin regionda öz marağı var, amma buna açıq reaksiya verə bilmirdi. Hazırda isə Bakı ABŞ-a birbaşa deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Bakı ilə əlaqədar mövqeyinizi dəyişməyincə, vasitəçilik səylərinin yalnız xəyalını qura bilərsiniz. Bu, ABŞ-ın nüfuzuna açıq-aşkar zərbədir, bu, onların vasitəçiliyinə, ABŞ siyasətinə zərbədir”, - o bildirib.

Arkov qeyd edib ki, Əliyev, Putin, Ərdoğan, Szinpin və Orban bu gün eyni sırada dayanır:

“Bunlar yeni formasiyanın siyasətçiləridir. Bu şəxslər indi dünya liderləridir”.

Tarix
2023.12.22 / 21:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla