Yuxarı

Millət vəkili: “Ümidverici gözləntilər var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Ümidverici gözləntilər var”

Ölkə rəhbərinin 2016-cı ilin dərin islahatlar ili olacağını və iqtisadi strukturun xeyli dəyişəcəyini vurğulanması konkret addımlardan xəbər verir.

Bu barədə Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdəki nitqini Axar.az-a şərh edərkən millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, prezidentin gənclərlə görüşündə toxunduğu məqamlar bütövlükdə cəmiyyət üçün də çox maraqlıdır:

"Çünki ölkə rəhbəri Azərbaycan dövlətçiliyinin mərhələlərinə və bu gün ölkənin yaşadığı müəyyən problemlərə toxundu. ABŞ dollarının uçot dərəcəsinin qalxması, neftin qiymətinin düşməsi fonunda bir çox dövlətlərin üzləşdiyi iqtisadi çətinliklərin vurğulanması ən diqqətçəkən məqamlardandır. Bunların içərisində Azərbaycan da var. Vaxtilə atılan addımlar bu problemləri kifayət qədər yumşaltdı. Bununla belə, bir il ərzində milli valyutamızın iki dəfə devalvasiyası, qiymətlərin müəyyən qədər qalxması bu gün əhalini narahat edən məsələlərdəndir. Düzdür, hazırda vəziyyət stabilləşib, hətta son günlər manat dollara nisbətən az da olsa, bahalaşıb. Ümidverici gözləntilər var. Ancaq bununla belə, dövlət başçısı artıq neft erasının bitdiyini və yeni bir dövrə qədəm qoyduğumuzu vurğuladı. Qeyri-neft sektorunun inkişafı, gəlirlərin digər sahələrə yönəldilməsi, infrastrukturun yenilənməsi postneft dövrünə ciddi surətdə hazırlıq idi".

A.Mirzəzadə bildirib ki, Azərbaycandan qat-qat yaxşı vəziyyətdə olanlar heç də özləri üçün xoş olmayan bir sıra yeniliklər etməli oldular:

"Postneft dövrü - ilk növbədə büdcəyə daxil olan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, sahibkarlığa dəstəyin artırılması ilə onların daha çox gəlir əldə etməsi, hər bir kəsin bank sistemindən özü üçün sərfəli olan bir variantda istifadə etməsi, gənc ailələrin mənzillə təmin edilməsi üçün ipoteka şərtlərindən yararlanmaq imkanlarıdır. Prezident bu görüşlə sadəcə olaraq çağırış etmədi, eyni zamanda, bu gün Azərbaycanda postneft dövrünün qurulması ilə bağlı görülən işlərə də toxundu. 2016-cı ilin dərin islahatlar ili olacağını və iqtisadi strukturun xeyli dəyişəcəyini vurğulanması konkret addımlardan xəbər verir. Hesab edirəm ki, 2016-cı ildə əldə edəcəyimiz uğurlar ötən ilin uğursuzluqlarını üstələyəcək".

Tarix
2016.02.02 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla