Yuxarı

Ermənistana hücum olsa, İran ordu göndərəcək? - Şafiyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətullah Şafiyi erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır:

“Bildiyim qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”.

Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.

Ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını da vurğulayıb:

“İran əsgərləri heç vaxt başqa ölkədə - husilərin vuruşduğu Yəməndə, o cümlədən Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyat məlumatından gedir, lakin İran ordusu özü döyüşmür. Ona görə də Bakıdan Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.

Buna baxmayaraq, ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib:

“Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”.

Tarix
2024.01.09 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev ABŞ-da sülh gündəliyi ilə bağlı müzakirələr apardı

Paşinyan İlham Əliyevin imzasını parlamentdə göstərdi

Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı

Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla