Yuxarı

Marsda həyat olması ilə bağlı sübutlar tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA Marsda qədim zamanlarda həyatın olduğuna dair sübutlar aşkarlayıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, amerikalı astronomlar ABŞ-ın Mars aparatı "Perseverance" tərəfindən toplanan nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarını düşünürlər.

Bu barədə agentliyin elmi proqramlar üzrə rəhbəri Nikki Foks danışıb.

Bildirilib ki, ötən il “Perseverance” roveri qırmızı planetdə “bəbir naxışı”na bənzəyən xarakterik ləkələri olan qaya tapıb və bu, tədqiqatçılarda böyük marağa səbəb olub. Onlar bu ləkələrin mikroblarla bağlı ola biləcəyi qənaətinə gəliblər.

Həmin ləkələrdə iki dəmirlə zəngin mineral olub: vianit (hidratlanmış dəmir fosfat) və qreigit (dəmir sulfid).

Vianit Yerdə çöküntülərdə, torf bataqlıqlarında və çürüməyə yaxın olan üzvi maddələrdə olur. Planetimizdəki mikroorqanizmlərin bəzi formaları qreigit əmələ gətirə bilir.

NASA rəsmisi Şon Daffi qeyd edib ki, Qırmızı Planetdə potensial bioimzanın müəyyən edilməsi inqilabi kəşfdir. Onun sözlərinə görə, bu, Mars haqqında anlayışımızı yaxşılaşdıracaq.

Tarix
2025.09.11 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev ABŞ-da sülh gündəliyi ilə bağlı müzakirələr apardı

Paşinyan İlham Əliyevin imzasını parlamentdə göstərdi

Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı

Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla