Yuxarı

Dünya nəşrləri Azərbaycandan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya nəşrləri Azərbaycandan yazdı

Ölkəmiz haqqında məlumat toplamaq məqsədilə cari il yanvarın 28-31-də Azərbaycanda səfərdə olan müstəqil jurnalist Martin Banksın Avropa İttifaqı məkanında və onun ətrafında cərəyan edən hadisələri işıqlandıran EU Today xəbər portalı və Defense News saytında Azərbaycan haqqında yazılar verilib.

AzərTac xəbər verir ki, EU Today xəbər portalında yayımlanmış yazıda, Sovet İttifaqının süqutundan sonra Qafqaz regionunda yaranmış münaqişələrdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən söhbət açılır. Yazıda Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və başqalarının Ermənistanın Azərbaycana hərbi təcavüzünün səbəb və nəticələri barədə fikirlərinə geniş yer verilib. Bununla yanaşı, müəllif Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə ziyan vuran Avropa Parlamentinin 2015-ci ilin sentyabrında ölkəmizlə bağlı qəbul etdiyi ziddiyyətli qətnamədən sonra Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin fevralın sonu-martın əvvəlinə Bakıya planlaşdırılmış səfərinin gərginləşmiş münasibətləri yumşaldacağına inandığını bildirir.

Jurnalistin Defense News saytında dərc edilmiş yazısında isə Azərbaycanda bir sıra yüksək vəzifəli şəxslərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin aktuallığı ilə bağlı xəbərdarlıq etdikləri bildirilir. Müəllifin müsahiblərinin (Hikmət Hacıyev, Mübariz Qurbanlı, Azay Quliyev, Elçin Mirzəbəylinin) fikrincə, rəsmi Bakının münaqişənin diplomatik yolla həllinə üstünlük verməsinə baxmayaraq, bu vasitənin tezliklə bir nəticəyə gətirib çıxarmayacağı təqdirdə Azərbaycan xalqının səbri tükənə bilər. Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almaq üçün hər zaman hazırdır və işğal olunmuş torpaqların azad edilməsi imkanına malikdir.

Yazıda, həmçinin münaqişənin tarixi haqqında oxuculara məlumat verilir.

Tarix
2016.02.05 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla