Yuxarı

Rafael Cəbrayılov Ombudsmanı tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafael Cəbrayılov Ombudsmanı tənqid etdi

Rafael Cəbrayılov Ombudsmanın öz hüququndan istifadə etmədiyini söyləyib.

"Axar.az" xəbər verir ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkili) səlahiyyətlərinin artırılması məsələsinə toxunub və onun öz hüquqlarından tam istifadə etmədiyini söyləyib.

R.Cəbrayılov Ombudsmanımızın çox passiv olduğunu deyib: "Ombudsman heç bir dövlət orqanından icazə almadan, xəbərdarlıq etmədən istədiyi vaxt müvəqqəti saxlama kameralarına gedə və oraya baxış keçirə bilər. O baxış keçirməldir ki, orada saxlanılan insan qanuni saxlanılır, yoxsa yox? Amma təəssüf edirəm ki, Ombudsman belə reydlər aparmayıb. Heç bir mətbuat səhifəsində görməmişəm ki, Ombudsman gecə saat 1-də hansı kameranısa açdırıb, baxış keçirib".

Milli Məclisinin deputatı Ombudsmana verilən bu hüququn çox dəyərli olduğunu, lakin bu hüququn tətbiq edilmədiyindən təəssüfünü dilə gətirib: "Əgər insan hüquqlarının pozulmasını şərti olaraq 100 sferaya ayırsaq, ilk 3-lüyə hüquq-mühafizə orqanlarında hüquq pozulmaları yer alar. Amma Ombudsman bu hüquqpozulmalarını yerində yoxlamır".

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır.

Tarix
2014.02.05 / 22:50
Müəllif
Hüseyn
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla