Yuxarı

“Bu, dünya səviyyəsində xaosa yol aça bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının solçu deputatlarının təklifi absurddan başqa bir şey deyil və bu, keçmişə müharibə etmə anlamına gələn "təşəbbüsdür".

Bu barədə politoloq Tofiq Abbasov Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, keçmişdə ölkələr arasında bağlanmış müqavilələrin denonsasiyası (ləğvi) qlobal nizamı çökdürə və dünya səviyyəsində xaosa yol aça bilər:

"Rusiya Dumasının solçu deputatlarının son dərəcədə cəfəng təklifi bolşevik partiyasının xələfi olaraq sələflərinin səhv yolda olduqlarını bir daha təsdiq edir. 1921-ci il müqaviləsi Qafqaz bölgəsində ziddiyyət və siyasi ambisiyaları, ərazi iddialarını dəf etdi. O zaman Qərb də ermənilərə olmazın himayə göstərirdi. Hətta ABŞ-ın xüsusi elçisi 1918-ci ildə bölgəyə gələrək Naxçıvan və Qarsda ermənilərin gözləntiləri yönündə qərar tutmuşdu. Məhz 1921-ci ildə Rusiya ilə türklərin Gənctürklər hakimiyyəti arasındakı razılaşmadan sonra Qafqaza sülh gəldi. Bu təklif göstərir ki, dövlətlərarası problemlərin həllinə birmənalı şəkildə naşılar buraxılmamalıdırlar".

Politoloq Azərbaycanın tərkib və ayrılmaz hissəsi olan Naxçıvana qarşı hər hansı təcavüz və ya təxribatın layiqli cavabını alacağını deyib:

"Ermənilər vaxtaşırı bu mövzunu aktuallaşdırırlar. Hətta Sərkisyan da bir neçə dəfə "Naxçıvan problem"ni səsləndirməklə məhz buna eyham vurub. Bu ondan xəbər verir ki, rəsmi İrəvanın işğalçı planları genişdir. Əgər ermənilər yenidən torpaq davasına başlasalar, özləri məhv olacaqlar. Geosiyasi baxımdan İrəvan indi blef işlədir. Rəsmi Bakı bildirib ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Bu mesaj isə təkcə ermənilərə deyil, həm də onların himayədarlarınadır".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-sında Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvilə bağlı Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə, Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Tarix
2016.02.11 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla