Yuxarı

Ronaldo bunu bacaran ilk futbolçu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo bunu bacaran ilk futbolçu oldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo 950 qol vuran ilk futbolçu olub.

Axar.az Report-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə "Əl-Həzm"ə qarşı keçirilən oyunda fərqlənib.

Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.

Ronaldodan sonra Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi gəlir - onun hesabında 891 qol var.

Qeyd edək ki, Ronaldonun 40 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən yaxşı bombardirdir. Futbolçu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə keçib. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında da çıxış edib.

Tarix
2025.10.26 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla