Yuxarı

Köçəryanın biabır olduğu görüşün 10 ili tamam oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanın biabır olduğu görüşün 10 ili tamam oldu

Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən məşhur Rambuye görüşündən 10 il keçir.

Axar.az xəbər verir ki, kifayət qədər gərginliyi ilə seçilən bu görüş 8 saat davam edib. Fevralın 10-da başlayan danışıqlarda ilkin olaraq Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəliblər. Səhəri gün isə İlham Əliyev və Robert Köçəryan arasında təkbətək görüş baş tutub. O zaman "Azadlıq" radiosu diplomatik mənbələrinə istinadən danışıqların həddən artıq gərgin keçdiyini və əsas müzakirənin Dağlıq Qarabağın statusu və Kəlbəcərlə bağlı olduğunu bildirib. Məxfi şəraitdə aparılan danışıqlardan sonra heç kim mətbuata açıqlama verməyib.

Rambuye həm də diplomatiya tarixində Ermənistan prezidentinin biabırçılığı ilə də yadda qalıb. Belə ki, İlham Əliyevlə müzakirələrdə iştirak edən Köçəryan daha sonra Dağlıq Qarabağla bağlı mühüm razılaşmanın imzalanmasına az qalmış görüşü tərk edib. O zamankı Müdafiə naziri Serj Sərkisyanın qayınatasının öldüyünü səbəb gətirən Köçəryan Parisdən birbaşa İrəvana qayıdıb. Bunu görüşdən üç gün sonra mətbuata açıqlama verən Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov da (hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini – red.) təsdiqləyib:

"Robert Köçəryanın Rambuye qəsrindəki danışıqları yarımçıq kəsməsi ilə bağlı məlumat həqiqətə uyğundur. Köçəryan olduqca qeyri-ciddi bir hərəkətə yol verdi. Bununla da o göstərdi ki, danışıqlarda özünə inanmır".

Qeyd edək ki, Rambuye görüşü Qarabağ münaqişəsinin həlli istiqamətində indiyə qədər keçirilən müzakirələr içərisində ən əsaslarından hesab edilir. Məhz bu görüş münaqişənin həlli ilə bağlı yeni nəfəs açmalı idi.

Tarix
2016.02.11 / 14:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla