Yuxarı

Cənubi Qafqaz üzrə yeni nümayəndə təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Qafqaz üzrə yeni nümayəndə təyin edildi

Bu günlərdə ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montella Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar xanım Muradovaya təşəkkür məktubu ünvanlayıb.

Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda onun təşkilatda Baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrikə görə minnətdarlıq bildirilir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağı ifadə olunur.

Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini bildirir.

Təşəkkür məktubunda bildirilir ki, təşkilatın sədri cənab İlkka Kanevra tərəfindən bu yaxınlarda Kristian Vigenin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Baş katib yeni nümayəndənin region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcəyinə və bu işi daha da canlandıracağına əminliyini ifadə edir.

Tarix
2016.02.11 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla