Yuxarı

Yeni dövr: hansı islahatları gözləyirik? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni dövr: hansı islahatları gözləyirik? - Ekspert

ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərli 7 fevral seçkisindən sonra Azərbaycanda mümkün islahatlarla bağlı gözləntilərini açıqlayıb.

Axar.az xəbər verir ki, o, Prezidentin yanvar ayında TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlamasına istinad edərək, bu dəyişiklikləri arzuladığını bildirib:

1. İcara Hakimiyyəti ləğv olnunur, Böyük Şəhər bələdiyyələri təsis olunur, mer seçkiləri olur;

2. Yerli özünüidarə orqanları gücləndirilir, öz büdcələri, vergilərdən payı və hesabatlılığı olur, yəni onlara həm səlahiyyət yerilir, həm də məsuliyyət yüklənir;

3. İnzibati ərazi quruluşu dəyişdirilir, Prezident fərmanı ilə təsis edilmiş 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilir;

4. Proporsional seçki sistemi bərpa edilir, hökumət parlamentdən çıxır;

5. Prezident yüksək səlahiyyətlərlə dövlət başçısı olur, xarici siyasət, təhlükəsizlik, ordu, inzibati ərazi vahidlərində şəxsi nümayəndə - bütün bunlar Prezidentin səlahiyyətində olur. Prezident indi həm də hökumət başçısıdır, bu doğru deyil, sosial-iqtisadi məsələlərə cavabdeh olan hökumət parlamentdən çıxmalıdır və məsuliyyəti də onlar daşımalıdırlar. Parlamentin hökumətə nəzarət funksiyası təkmilləşdirilməlidir;

6. Məhkəmə hakimiyyəti 33% Prezidentin təqdimatı, 33% parlamentin təyinatı, 33% də məhkəmə-hüquq camiyyəsi tərəfindən formalaşdırılmalıdır;

7. Naxçıvanın statusu ləğv edilməlidir, unitar dövlətdə muxtar əraziyə ehtiyac yoxdur;

8. Yeni, sıfırdan vergi və gömrük məcəllələri qəbul edilməlidir, hədəf də ancaq iqtisadi liberallaşma və iqtisadi aktivliyin artırılması olmalıdır;

9. Prezident ilk olaraq parlament seçkilərində qalib gəlmiş partiyaya hökumətin qurulmasını tapşırmalı, onların təqdim etdiyi siyahını qəbul etdikdə parlamentin təsdiqinə yollamalıdır. Əgər 1-ci yer tutan partiya hökumət qura bilmirsə, sonra növbə ilə bu səlahiyyət 2-ci, 3-cü və s. yeri tutan partiyalara həvalə edilməlidir;

10. Ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması üçün haqq-azadlıqlarla bağlı yeni konstitutsion güvən mexanizmləri yaradılmalıdır.

Ekspert vurğulayıb ki, Azərbaycanın suverenleyi, ərazi bütövlüyü ən pozitiv, hətta fantastik dərəcədə pozitiv ssenari ilə öz həllini tapdı:

“İndi məmləkətin iki əsas problemi var – sülh müqaviləsinin imzalanması və rifah dövlətinin yaradılması. Bu hədəflərə çatmaq üçün yeni “oyun qaydalarınn” təsis edilməsi olmazsa-olmazdı”.

Tarix
2024.02.09 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla