Yuxarı

NATO artıq İrəvandadır: Gözləyək, ya indi başlayaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan nəhayət ki, KTMT və Rusiya ilə münasibətləri kəsir - bu məsələ ilə bağlı praktiki razılaşmalar Nikol Paşinyanın Parisə səfəri və onun həm NATO, həm də Vaşinqtonun maraqlarını təmsil edən Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlar zamanı əldə olunub.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, Yelisey Sarayı İrəvanın Fransa və NATO-dan siyasi və hərbi dəstəyi ilə bağlı Paşinyanın tələb etdiyi zəmanəti verdi:

“Paşinyan Ermənistanın KTMT/Rusiyadan praktiki “boşanması” və Qərbin təhlükəsizlik “çətiri” altına keçid prosesinə başlamaq üçün bu zəmanəti yetərli hesab etdi. Bunu Nikol Paşinyanın bir sıra siyasi bəyanatları sübut edir.

1. Faktların və sağlam məntiqin əksinə olaraq, Paşinyan açıq şəkildə Moskvanı onu devirməyə cəhddə - yəni çevriliş hazırlamaqda ittiham etdi. Bununla o, Ermənistan cəmiyyətinə Rusiyanın düşmən olması ilə bağlı açıq və birmənalı siqnal verdi.

Eyni zamanda, Ermənistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarına rusiyayönlü erməni siyasətçi və ictimai xadimlərini məngənəyə salmaq, onların barəsində ittihamedici sübutlar toplamaq, gözdən salmaq, sonra isə onları təmizləmək tapşırılıb.

2. Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirakının dondurulduğunu elan etdi. KTMT-dən birbaşa və təcili çıxmaq açıq şəkildə düşmənçilik olar və Moskva tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə nəticələnər, ona görə də siyasi uzaqlaşma taktikası seçildi və qərara alındı ​​ki, “bütün bağları kəsmək” daha sonra, əlverişli anda olacaq.

Eyni zamanda, Ermənistan KTMT-də “Troya atı” rolunu oynayacaq – Təşkilatın siyasi və hərbi sirlərinə çıxış əldə edərək, onları Qərbə sızdıracaq, eyni zamanda, KTMT və onun qanuni orqanlarının fəaliyyətinə mənfi təsir göstərəcək (xərçəng hüceyrələrinin taktikası: əvvəlcə təqlid, şiş sonra yayılır, metastaz verir və nəticədə bədəni öldürür).

3. Paşinyanın anti-Rusiya ritorikası indi İrəvanın rəsmi media siyasətinə çevrilir. Ermənistan Baş nazirinin Ofisinin nəzarətində olan hökumətyönlü Teleqram kanalları artıq Rusiya rəsmilərini və Rusiya Federasiyasını bir dövlət olaraq birbaşa təhqir etməyə keçib. Qarşıda Ermənistanda Rusiya televiziyası və radiosunun tam təmizlənməsi ilə bağlı siyasi qərarın qəbulu var - bu, “lazımi vaxtda və münasib əsasla” ediləcək.

4. Ermənistanla aparıcı Qərb dövlətləri arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bu yaxınlarda Qərbin demək olar ki, bütün ən böyük kəşfiyyat xidmətlərinin rəhbərləri İrəvana səfər ediblər və onlara Paşinyanla təkbətək formatda şəxsi görüş imkanı verilib. Onların nə danışdıqlarını təxmin etmək çətin deyil.

NATO üzvü olan ölkələrin bir sıra səfirliklərinin damı altında İrəvanda yerləşdirilən Qərb kəşfiyyat xidmətlərinin diplomatik rezidenturalarının sayı və fəaliyyəti xeyli artıb. Ermənistan Avropa xüsusi xidmət orqanlarının peşəkar əməkdaşlarından ibarət olan “AB-nin müşahidə missiyası” üçün “yaşıl işıq” yandırıb. AB-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onların sayını artırmaqla, həm də Ermənistan ərazisində daha çox daimi nümayəndəliklər açmaqla genişləndirilir.

5. Rusiya ilə müttəfiqlik əlaqələrini kəsən İrəvan NATO standartlarına tədricən keçid və gələcəkdə tam qarşılıqlı fəaliyyətə nail olmaqla Şimali Atlantika Alyansı ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlığın fəal inkişafına başlayıb.

Artıq Ermənistan ərazisində amerikalıların iştirak etdiyi bir sıra hərbi təlimlər keçirilib.

Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana rəsmi səfəri də çox əlamətdardır. Fransa Cənubi Qafqaz regionundan zorla çıxarılan Rusiyanı de-fakto əvəz etməyə başlayıb.

2024-cü ilin sonuna kimi İrəvan Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və orada Fransa hərbi bazasının yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul edə bilər, eyni aqibət Ermənistandakı Rusiya sərhədçilərini də gözləyir.

Fransa hərbi bazasının ardınca çox yaxında Erebunidə Amerika hərbi hava bazası peyda ola və ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər.

O ki qaldı Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” sözlərinə, bu, sadəcə olaraq, Rusiyanı “qarmaqda saxlamaq” istəyidir, İrəvanın Vaşinqton, Paris və Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir - Moskvanı sərt cavaba indidən təhrik etməmək üçün.

Ermənistan Rusiyada zabit hazırlığını məhdudlaşdırır, özünü tamamilə Qərbə yönləndirir. Bildirilib ki, Fransa öz hərbi məktəblərində erməni zabit və çavuşları, eləcə də hərbi texnikanın istismarı və texniki xidməti üzrə erməni texniki mütəxəssisləri hazırlamağa başlayan NATO üzvü olan ilk ölkə olacaq.

6. Ermənistana Qərb istehsalı olan silahların tədarükü başlayıb. Qatarın lokomotivi Fransadır. Paris Ermənistan üçün NATO standartlarına tam uyğun gələn kompleks hava hücumundan müdafiə sistemi yaratmağı tam şəkildə öhdəsinə götürüb. Proqrama bir neçə mərhələ daxildir.

İlk mərhələdə İrəvan “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemi alacaq. Ermənistan ordusunun bu hava hücumundan müdafiə sistemləri ilə müvafiq hazırlığından sonra Fransa “Krotale” və “Roland” hava hücumundan müdafiə sistemlərini verəcək. Son mərhələ SAMP/T uzaqmənzilli hava hücumundan müdafiə sisteminin Ermənistan silahlı qüvvələrinə çatdırılmasını nəzərdə tutur.

Paris yuxarıda qeyd olunan zenit-raket komplekslərindən əlavə, ilk mərhələdə Ermənistana üç, gələcəkdə isə daha altı GM-200 hava məkanını mobil idarə edən radar verəcək.

Hava hücumundan müdafiə sistemləri və radarların inteqrasiyası müvafiq avtomatlaşdırma sistemlərindən istifadə etməklə hava hücumundan müdafiə döyüş idarəetmə mərkəzinin yerləşdirilməsi əsasında fransız hərbi mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Bu, NATO-ya bütün Cənubi Qafqaz üzərində hava məkanına nəzarət etməyə imkan verəcək – və bu, Rusiya Federasiyasının milli təhlükəsizliyinə birbaşa və aşkar təhdid yaradır.

Qarşıda Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında Rusiya-Ermənistan sazişinin denonsasiyası, yəni Rusiya və KTMT ilə yekun və tam qırılmadır.

Fransanın zirehli texnikasının ilk partiyası - "Bastion" zirehli texnikası, eləcə də gecəgörmə cihazları artıq Ermənistana gətirilib. Digər silah növlərinin də çatdırılması planlaşdırılır…

Ümumiləşdirmək olar ki, Nikol Paşinyan Rubikonu keçib, Ermənistanda de-fakto NATO artıq mövcuddur. İrəvan “əsrlik erməni-rus dostluğu” ilə bağlı əvvəlki şüarları lazımsız yerə ataraq, sözün əsl mənasında, gözümüzün önündə çox yaxın gələcəkdə Rusiya Federasiyası üçün real hərbi risklər və təhdidlər daşıyan NATO körpüsünə çevrilir.

Və əsas sual budur: bunun nəhayət baş verməsini gözləmək, yoxsa indi fəal hərəkət etmək?”

Tarix
2024.02.25 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

Bayramov Sarıbayla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla