Yuxarı

Ankara teraktı ilə bağlı kəşfiyyat məlumatı yayıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara teraktı ilə bağlı kəşfiyyat məlumatı yayıldı

Fevralın 17-də Ankarada 28 nəfərin ölümünə səbəb olan terror hücumu Rusiyanın işinə yarayır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzeti kəşfiyyat orqanlarına istinadən məlumat yayıb. Qəzet kəşfiyyat və təhlükəsizlik orqanlarının hadisə ilə bağlı son qiymətləndirməsini əldə edə bilib:

1) Terrorçular hədəf olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin binasını seçib. Buna səbəb isə türk ordusunun PKK-nın Qəndildəki mövqelərini məhv həddinə çatdırmasıdır. Lakin hücumu yönləndirənlər digər tərəfdən Türkiyənin vurduğu rus bombardmançısının öldürülən pilotunun intiqamını da almağa çalışırdı.

2) Türkiyənin "PYD terror təşkilatıdır" dediyi bir vaxtda bu hücumun baş verməsi ən çox Rusiyanın işinə yarayır. Çünki PYD-Rusiya-Əsəd əməkdaşlığı getdikcə güclənir. Rusiya PYD-ni ABŞ-dan uzaqlaşdırıb, özünə və Əsədə müttəfiq etmək istəyir. Bu reallaşarsa, Suriyada ən böyük iki quru qoşunu olan rejim ordusu ilə PYD Cenevrə danışıqlarında üstünlük qazanacaq.

Bundan əlavə, Türkiyənin rəhbərliyinə təqdim edilən məlumatda hücumu törədən Salih Necarın ailəsinin Suriya hərbi kəşfiyyatı ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Qeyd edək ki, fevralın 17-də Ankarada hərbçiləri daşıyan avtobusa kamikadze hücumu olub. Nəticədə 28 nəfər şəhid olub, 61 nəfər yaralanıb. Hücumu YPG-nin (PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı) üzvü Salih Necarın törətdiyi müəyyən edilib.

Tarix
2016.02.19 / 15:26
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla